Baki, Finance Time. 05 fevral 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104001471 ISIN kodlu qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 1 birja üzvü tərəfindən təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 7 000 000 USD təşkil etmişdir.
Sifarişlər 97.3150 % (gəlirlik 2.77 %) qiymətində təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 97.3150 % (gəlirlik 2.77 %) orta ölçülmüş qiymət 97.3150 % (gəlirlik 2.77 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 000 000 USD məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 03 fevral 2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.