Baki, Finance Time. 05 fevral 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102001499 ISIN kodlu qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 1 birja üzvü tərəfindən təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 5 000 000 manat təşkil etmişdir.
Sifarişlər 96.2600 % (gəlirlik 7.79 %) qiymətində təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 96.2600 % (gəlirlik 7.79 %) orta ölçülmüş qiymət 96.2600 % (gəlirlik 7.79 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 05 avqust 2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 182 gündür.