1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


BP şirkəti I yarımillikdə ARDNŞ-ə 2,1 mlrd. kubmetr səmt qazı verib
16.08.2012

Bu ilin yanvar-iyun aylarında «Əsrin müqaviləsi» («Azəri-Çıraq-Günəşli» yataqları, AÇG) layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 11,5 mln. kubmetrvə ya ümumilikdə 2,1 mlrd. kubmetr səmt qazı verilib. Bu barədə «APA-ECONOMICS»ə layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən bildirilib.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfinə ötürülən səmt qazının bir hissəsi Səngəçal terminalına və oradan ölkənin daxili istifadəsi üçün «Azəriqaz»ın dövlət qaz şəbəkəsinə, digər hissə isə ARDNŞ-in «Neft Daşları»ndakı kompressor stansiyasına göndərilib.

«Platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə «Mərkəzi Azəri»dəki kompressor və suvurma platformasına (KSVP) göndərilib. Hazırda «Mərkəzi Azəri»də 4 quyudan laya qazvurma əməliyyatları davam edir», - deyə məlumatda bildirilir.

Şirkətin məlumatına görə, ümumilikdə 2012-ci ildə ARDNŞ-ə təqribən 3 mlrd. kubmetr səmt qazı verilməsi gözlənilir. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment