1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat Sığorta” ASC müddətsiz lisenziya alıb
18.12.2015

Baki, Finance Time.  Azərbaycanın həyat sığortası bazarının lideri “PAŞA Həyat Sığorta” ASC sığorta fəaliyyətinin aparılmasınamüddətsiz lisenziya alıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, yeni müddətsiz lisenziya əvvəllər 5 il müddətinə verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar yenilənib. Müddətsiz lisenziya yeni qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilib.

“PAŞA Həyat Sığorta” ASC 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsində xidmətlərin həyata keçirilməsi üzrə fəaliyyətə başlayıb.

Fəaliyyət göstərdiyi tarixdən etibarən “PAŞA Həyat” sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində yüksək reytinqli beynəlxalq aparıcı təkrarsığorta şirkətləri ilə, o cümlədən Almaniyanın “GenRe”, “HannoverRe”, Fransanın “SCOR” və digər tanınmış təkrarsığorta şirkətləri əməkdaşlıq əlaqələri yaradıb. Müştərilərinə daim yüksək keyfiyyətli xidmətlər  göstərmək, keyfiyyətin idarəedilməsi sistemini əsas missiyalarından hesab edən “PAŞA Həyat” keyfiyyətin idarəedilməsi üzrə "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına damalikdir.

Müxtəlif maliyyə təşkilatları ilə yaradılan əməkdaşlıq əlaqələri ilə yanaşı, “PAŞA Həyat” cəmiyyətin iqtisadi inkişafında mühüm rola malik olan digər ictimai təşkilatlara da üzvlük məsələsinə diqqətlə yanaşıb. Belə ki, hazırda “PAŞA Həyat” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK),“Caspian European Club” və Azərbaycan-Amerika Ticarət Palatasına (AMCHAM)üzvdür və həmin təşkilatlarla qarşılıqlı, uğurlu əməkdaşlıq əlaqələrini davam etdirir.

Fəaliyyəti dövründə “PAŞA Həyat” bir sıra uğur və nailiyyətlərə də imza atıb. Belə ki,Rumıniyanın sığorta sahəsində nüfuzlu “Media XPRIMM PR” beynəlxalq şirkəti tərəfindən “PAŞA Həyat”2013-cü ilin yekunlarına görə “ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə xüsusi beynəlxalq mükafata,2015-ci ilin may ayında isəhəmin təşkilat tərəfindən Azərbaycanda “Lider həyat sığortası şirkəti” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.

“PAŞA Həyat” korparativ sosial məsuliyyətini dərindən dərk edərək Azərbaycanı dünyaya tanıtmaq, onun zəngin tarixi mədəni irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətində bir çox layihələr həyata keçirib.Bu istiqamətdə həyata keçirilən uğulu sosial layihələrin nəticəsi olaraq, 2014-cü ildə “PAŞA Həyat” “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilib.

Azərbaycanın mədəni irsinin təbləği ilə yanaşı“PAŞA Həyat” gənclərin uğurlu gələcəyini, onların sağlam ruhda böyüməsi üçün “Futbol və Sağlam Həyat", "Yay Futbol Düşərgəsi" layihəsi,habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri də həyata keçirib. Bu yaxınlarda keçirilmiş və ölkə ictimaiyyətinin geniş marağına səbəb olan, 300-dən çox hr menecerin qatıldığı “HR Forum 2015”adlı sosial yönümlü tədbirin təşkilatçısı məhz “PAŞA Həyat” şirkəti olub. Bu kimi sosial layihələr sayəsində “PAŞA Həyat” ictimai əhəmiyyətli qurum imicini qazana bilib.

Hazırda “PAŞA Həyat” öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Şirkət düzgün strategiya tətbiq etməsi nəticəsində öz yüksək inkişaf meyllərini davam etdirir. Bütün bunların nəticəsidir ki,həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın qabaqcıl iştirakçısı olan “PAŞA Həyat” bu ilin 11 ayında 51 mln. manata yaxın sığorta haqqı ilə ölkədə fəaliyyət göstərən sığorta sirkətləri sırasında ikinci yerdə qərarlaşıb. Məhz bu inkişafın nəticəsi olaraq, “PAŞA Həyat” kapital (40,250 mln. manat) və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment