1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın “Çağrı Mərkəzi”nin əməkdaşları üçün təlim keçirilib
04.12.2015

Baki, Finance Time.  Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat” müştərilərə göstərilən xidmətlərin səviyyəsini artırmaq, eləcə də müştəri məmnunluğunu daha da yüksəlmək istiqamətində həyata keçirdiyi siyasətini uğurla davam etdirir.  

Müştərilərə göstərilən xidmətlərin səviyyəsini daha da yüksəltmək məqsədi ilə bu günlərdə “Çağrı Mərkəzi”nin əməkdaşları üçün iki günlük təlim keçirilib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, “Müştəri-yönümlü yanaşma və satış bacarıqlarının əsasları”mövzusunda təşkil olunmuş təlimdə uğurlu xidmət üçün vacib olan əsas davranış formaları, daxili və xarici müştəri məmnuniyyəti haqqında geniş məlumat verilib.

Bununla yanaşı iştirakçılara şikayətlərin imkanlara çevrilməsi və idarə olunması, müştəriyə istiqamətlənmənin inkişafı üzrə dünya təcrübəsi, eləcə də satış bacarıqlarının inkişaf etdirilməsi metodları izah edilib. Təlimdə göstərilən misallar və interaktiv oyunlar təlimin iştirakçılar tərəfindən daha yaxşı mənimsənilməsinə nail olunub.

Qeyd edək ki, “PAŞA Həyat”ın (012) 942 qısa nömrəli “Çağrı Mərkəzi” ötən ilin iyun ayından istifadəyə verilib. Müştərilər şəhər nömrələrindən birbaşa 942, mobil nömrələrdən isə (012) 942 yığmaqla şirkətin “Çağrı Mərkəzi” ilə əlaqə yaradaraq “PAŞA Həyat”ın təklif etdiyi həyat sığortası məhsulları haqqında geniş məlumat ala bilərlər. Bununla yanaşı Mərkəzdə sığorta hadisələri ilə bağlı məlumat vermək, eyni zamanda istək və təkliflərini qeyd etmək imkanı da yaradılıb.

Xatırladaq ki, Çağrı Mərkəzi həftənin 5 günü - Bazar ertəsi günündən Cümə gününədək saat 09:00-dan 18:00-dək xidmət göstərir. İş günü başa çatdıqdan sonra, həmçinin şənbə və bazar günləri edilən zənglərdə müştərilər istək və təkliflərini mesak şəklində qeyd edə bilərlər.

Növəbti iş günü başlayanda qeyd edilən günlərdə olunan zənglərə cavab olaraq, zəng etmiş müştərilər və ya şəxslərlə dərhal əlaqə saxlanılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment