1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” şirkəti III rübün nəticələrini açıqlayıb
13.10.2015

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” şirkəti cari ilin yanvar-sentyabr ayları üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, hesabat dövründə “PAŞA Həyat”ın əsas maliyyə göstəricilərində yüksək inkişaf meylləri davam etdirilib.

Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 42,548 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,4% çox olub.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövü ilə müqayisədə 3,4 dəfə artaraq 7,532 mln. manat təşkil edib.

Baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta növləri üzrə 955 min manat, könüllü həyat sığortası növləri üzrə isə 6,577 mln. manat həcmində ödənişlər olub.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment