1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bilik Gününə həsr edilmiş tədbir keçirildi
14.09.2015

Baki, Finance Time. 12  sentyabr  tarixində “AtaSığorta” ASC  və “Excelsior Hotel Baku”  otelinin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının  birinci  sinifə gedəcək uşaqları  üçün 15  sentyabr  Bilik Gününə həsr  edilmiş  tədbir keçirildi.  Tədbirdə çıxış  edən  “AtaHolding”  Korporativ  Kommunikasiyalar şöbəsinin  rəisi  Dilara Zamanova, yazıçı Fazil Abbasov və yazıçı Nizaməddin Şəmsizadə birinci  sinifə  gedəcək uşaqların biliklər dünyasına ilk qədəmlərini qoymaqları münasibətilə təbrik etdilər və onlara təhsillərində  uğurlar  arzuladılar.

Uşaqlar hərflər,  saylar, rənglərlə  bağlı viktorinalarda,  mahnı   və  şer  müsabiqələrində iştirak etdilər.   Qaliblərə  “AtaSığorta”  ASC-dən hədiyyələr  təqdim edildi. “AtaSığorta” Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Yusif Ağayev tədbirlə bağlı qeyd etdi:  “Biz bu günü  təntənəli,  təmtəraqlı  və  yadda  qalan etdiyimiz üçün  çox şadıq. Bizim dövrümüzdə təhsil istənilən cəmiyyətdə son dərəcə vacib rol oynayır.  Ümid  edirik ki,  tədbirdə  iştirak edən uşaqlar  gələcəkdə yaxşı  təhsil alacaq və Azərbaycanın yüksək təhsilli və layiqli vətəndaşları olacaqlar. 

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC  2004-cü ildən fəaliyyət göstərir.  Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü  növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment