1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-da İranın neft mütəxəssisləri ilə görüş keçirilib
03.09.2015

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İranın neft mütəxəssisləri ilə görüş keçirilib.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumatda bildirilir ki, 2014-cü ilin ilin avqustunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi mütəxəssislər qrupunun İrana səfəri çərçivəsində bu ölkənin Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPCO) ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib. Bununla əlaqədar, bu il avqustun sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib, SOCAR-ın Geofizika və Geologiya İdarəsində, “Neft qaz elmi tədqiqat layihə” İnstitutunda və “Azneft” İstehsalat Birliyində azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

Bu gün KEPCO-nun geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri səfərin yekunlarını müzakirə etmək məqsədi ilə SOCAR-da şirkətin birinci X. Yusifzadə ilə görüşüblər. X. Yusifzadə ölkələr arasında neft-qaz sənayesində əməkdaşlığın çoxillik tarixə malik olduğunu xatırladıb, qeyd edib ki, uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranmışdır və bu imkandan yüksək səviyyədə istifadə olunmalıdır.

Y. Etemadi yüksək elmi potensiala və kadr resurslarına malik SOCAR-ın idarə və müəssisələrində keçirilən görüşlər zamanı Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyaların böyük maraq kəsb etdiyini söyləyib. O bildirib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparmış, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olub, birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Qonaqlar Azərbaycanda geodeziya və hidroqrafiya mütəxəssislərinin, geofiziklərin, qazmaçıların gördükləri işlərə xüsusi maraq göstərdiklərini qeyd edib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıblar.

Palçıq vulkanlarının təzahürləri və quyuların qazılmasına təsiri, dərin sularda qaz hidratlarının öyrənilməsi, onların ehtiyatlarının hesablanması, neft-qaz sənayesində tətbiq olunan müasir kompüter proqramlarının birgə mənimsənilməsi, regional seysmik məlumatların birgə araşdırılması və ümumi stratiqrafiyanın, struktur-tektonik xüsusiyyətlərin öyrənilməsi və digər məsələlər Azərbaycan və İran neftçiləri arasında əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyən edilib.

X. Yusifzadə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləmiş, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib, bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə səslənmiş qarşılıqlı təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment