1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycanda daşınmaz əmlak və avtomobillərin icbari sığortası ilə bağlı qaydalar dəyişib
27.08.2015

Maliyyə Nazirliyinin Kollegiyası “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları”,  “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması Qaydaları” və “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik “İcbari sığortalar haqqında” qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulan icbari sığorta şəhadətnamələrinin blanklarının mərkəzləşdirilmiş qaydada çap etdirməklə sığortaçılara ödənişsiz təqdim edilməsi və onların uçotunun aparılması İcbari Sığorta Bürosunun funksiyalarına aid edilməsi ilə bağlıdır.

Bu Qaydalara əsasən indiyə qədər daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları iştirakçı sığortaçıların vəsaiti hesabına İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdirilib. Dəyişikliyə əsasən iştirakçı sığortaçılar bu şəhadətnamələrinin blanklarının hazırlanması üçün vəsait ödəməyəcək. Bundan sonra daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnamələrinin blankları İcbari Sığorta Bürosunun sifarişi ilə ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığı (lisenziyası) olan mətbəədə çap etdiriləcək.

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment