1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin 6 ayın yekunlarını açıqladı
27.07.2015

Baki, Finance Time. 2015-ci ilin 6 ayın yekunlarına gö fiziki şəxslərin cəmi əmanətləri 7 561 mln. manat təşkil etmişdir.

Cari ilin 6 ayın yekunlarına gö fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%) artıb.  Kompensasiya olunan əmanətlər isə 437  milyon manat (25,9%) artaraq 2 122 milyon manat olmuşdur ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da   90%-i sığortalan əmanətçilərdir. Cari ilin 6 ayın yekunlarına görə sığortalanan əmanətçilərin sayı 6 444 188 (90 %) nəfərdir.

Sığortalanan  əmanətlərin 69% - i ABŞ dollarının, 27% - i manatın, 4% - i avronun payına düşür.

Cari ilin 6 ayın yekunlarına görə  Fondun sığorta ehtiyatları 103  mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5  milyon manatı  dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil etmişdir.

Cari ilin 6  ayının nəticəsinə görə Fondun gəlirləri 12,4 mln. manat olmuşdur ki,  bunun da 10,6 mln. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil etmişdir. Fondun cəmi xərcləri 766,5 min manat  təşkil etmişdir. 

2015-ci ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki,  24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.

24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan  əmanət hesab olunur. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən sığortalanan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az  əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment