1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
02.07.2015

Bu gün Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) başlayıb.

APA-Economics” xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.

Forumun rəsmi açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, dünya baş verən proseslər bütün maliyyə sektorunu, o cümlədən bu sektorun tərkib hissəsi olan sığorta sahəsini də böyük çağırışlarla üz-üzə qoyur. “Son vaxtlar sığorta sektorunun inkişafı istiqamətində ciddi addımlar atılıb və bu addımlar beynəlxalq maliyyə institutları tərəfindən də müsbət qiymətləndirilib. Sığorta sektorumuz sabitdir və bu sabitlik gələcəkdə də müşahidə olunacaq”, - deyə nazir qeyd edib.

Sığortaçılara müraciətində nazir qeyd edib ki, onlar istehlakçılarla daha aktiv işləməlidir.

S. Şərifov əlavə edib ki, müvafiq Tədbirlər Planının icrası nəticəsində Azərbaycanın sığorta sektorunda şikayətlərin həcmi kəskin azalıb. Bununla yanaşı, nazir bildirib ki, sığorta sektorunda institusional quruculuq işlər davam etdiriləcək.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə sığorta sektorunun inkişaf tendensiyalarından danışıb.

Qeyd edək ki, konfransın 1-ci hissəsi “Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub. 2-ci hissədə “Qafqaz regionunda əmlak sığortası”, 3-cü hissədə isə “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları” mövzularında müzakirələr aparılacaq.

Forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub. Sabah isə tədbir paralel keçirilən iki seminarla davam edəcək.

Seminarlardan biri “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar”, digəri isə “Bank sığortası və həyat sığortası” mövzusunda təşkil olunacaq.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment