1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR və İran Milli Neft Şirkəti arasında əməkdaşlıq protokolu imzalanıb
06.02.2015

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə şirkətin dəvəti ilə Bakıda işgüzar səfərdə olan İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Əmir Abbas Hüseyni və Neft mühəndisliyi araşdırma mərkəzinin direktoru Ezatallah Kazımzadəni qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı X. Yusifzadə iki dövlətin dostluq əlaqələrindən, neft sənayesi mütəxəssisləri arasında yaranmış münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb, əməkdaşlığın konkret istiqamətləri və gələcək planların tərtib edilməsi tapşırığını verib.

O bildirib ki, səfər çərçivəsində 2014-cü ilin sentyabrında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” və İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutları arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumun icrasının müzakirəsi məqsədilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və şirkətin digər qurumlarında görüşlər keçirilib. Hər iki tərəfin imkanlarını əks etdirən bir sıra prezentasiyalar təqdim edilib, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlığın imkanları haqqında təkliflər hazırlanıb.

İşgüzar səfərin sonunda İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment