1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Narıncı Mebel firmasının direktoru, Ülkər Kişibekovanın müsahibəsi
12.11.2014

Maraqlıdır ki, bəşəriyyət tarixində ilk mebel istifadəçiləri Mesopotamiyanın və Qədim Misirin zadəganları olub. Artıq onda onlar skamyalarda, stullarda və kreslolarda oturmuşdular, dəyərlərini sandıqlarda və mücrülərdə saxlayırdılar. Bütün bu əşyalar fil sümüyündən hazırlanırdılar və yalnız çox zəngin insanlar olara sahib ola bilərdi.

Lakin müasir insanı təəccübləndirmək çətindir. Ona görə də özünə hörmət edən istehsalçılar alıcılara ətraflı texniki xarakteristikasını təklif edirlər: mexanizmlər, materiallar, ölçüləri, fəaliyyət prinsipi.

Məhz belə prinsiplərdən istifadə edərək, "Narinci Mebel" şirkəti mətbəx, ev, yumşaq, ofis mebeli, şkaflar, divanları və çarpayılar, eləcə də bir çox digər mebel təchizatı və çatdırılmasında ixtisaslaşır. Dizaynerlər sizin apartament, ev və s. üçün dizayn qərarına gəlməyə kömək edəcəklər.

Firmanın əsas məqsədi sizə müxtəlif materialardan, dekorasiyalardan və aksessuarlardan hazırlanmış geniş mebel seçimi ilə interyer qərarlarını təklif eləməkdir. Xüsusi olaraq sizin üçün hazırlanmış kataloq və layihələrdən seçim edərək, öz evini yaradın.
Əvvəlcə hər bir rəsm 3D modelində və müxtəlif üslublarda bu təsvir ediləcək, ondan başqa ölçülər və materiallar Sizin İstəyinizlə dəyişdirilə bilər.

Bakı mağazalarının mebel çeşidi öz geniş seçimi ilə Çester üsbubundan başlayarq modul mebelinə kimi hər kəsi heyran edir. Buna baxmayaraq, Narıncı Mebel firmasının direktoru, Ülkər Kişibekovanın qeyd etdiyi kimi, bir çox insanlar individual sifarişlə mebel hazırlanmasına üstünlük verirlər.

Kişibekova Ü. qeyd edir ki: "Bizim sifarişlə hazırlanan mebelimiz məhz Sizin eviniz, Sizin istəyiniz və Sizin tələblərinizə uyğun olaraq hazırlanır. Fabrik mebeli divarların hamar olmamasını, mətbəxdə qaz və su borularının çoxluğunu, ventilyasiya dəliklərini, qabağa çıxan pəncərə altlarını, məişət sayğaclarını və bir sairə başqa şeyləri nəzərə almır. Fabridə mebel hamı üçün eyni hazırlanır. Bizim istehsalımızda biz bütün bu məqamları nəzərə alırıq və məhz Siz arzu etdiyiniz mebel yaradırıq."

Bizim şirkətdə mebel hazırlanması üçün yalnız sertifikatlaşdırılmış keyfiyyətli materiallar (Egger-Avstriya, Türkiyədən AGT panellər, Bakiş-Türkiyə) və aksessuarlar (Hettich-Almaniya, Blum-Avstriya, Samet-Türkiyə) istifadə olunur. İstehsalın keyfiyyətini isə peşəkar mebel quraşdırıcılar komandası təmin edir.

Narinci Mebel - yaşayış evləri üçün korpus mebeli hazırlanmasından başqa, ham də mantar örtüklərinin satışında ixtisaslaşan bir müəssisədir. Son zamanlar NARINCI MEBEL MMC İtaliyanın LACU srl kompaniyasının rəsmi distribütoru və Portuqaliyanın Wicanders və Corksribas kompaniyalarının tərəfdaşı olub. Mantar örtüyü - insanın mənzilində sağlam və rahat yaşamasını dəstəkləyən, ekoloji cəhətdən "müntəzəm" təbii materialdır. Bizim evlərimizdə mantar döşəmələri ayaq üçün isti, elastik, səssiz bir xoş səth yaradır. Bundan başqa, mantar döşəməsi antimikrob olan yanğına, həmçinin kif və xırda göbələklərin yaranmasına davamlı bir materialdır. Mantarın təbii bir material olduğuna görə, Siz heç vaxt eyni bazəkli plankalara rast gələ bilərsiniz... Bu Sizin evinizin dizaynına gözəllik və bənzərsizlik qatacaq.
NARINCI MEBEL kompaniyasına müraciət edərək, siz sizi maraqlandıran mantar örtükləri ilə, onların vurulması və istismar qaydaları ilə daha ətraflı tanış ola bilərsiniz.

Şirkətimiz həmçinin Staron® bəzək materiallarını təqdim edən Samsung kompaniyası ilə, əməkdaşlıq edir. Cənubi Koreyanın Samsung kompaniyasının StaronTempest daşı (Staron daşı) binaların interyer dekorunda tətbiq edilən digər bəzək materiallara məxsus olmadığı xassələri özündə birləşdirir. Staron akril daşı təbii daş, taxta, laminat, paslanmayan polad ilə müqayisədə kövrək deyil, öz məsaməli və oxşar qurumun hesabına çirklənmələrə məruz qalmır, əlhavasına xoş, mexaniki təsirlərə və rütubətə dayaqlıdır. Beləliklə, müasir tikintidə süni daş bəzək materialları arasında lider mövqe tutur. Bununla yanaşı mizin üst taxtalarından, pəncərə altlarından, bar dayaqlarından və digər interyer əşyalarından başqa sizin fərdi sifarişinizlə Staron (süni daş) yuyulmalarını hazırlamaq mümkündür.Samsung Staron süni daşı bu gün tanınmış bütün mətbəx səthləri hazırlanması üçün istifadə olunan materiallardan üstündür. Nə taxta, nə kafel, nə də plastik kütlə süni daşın ləyaqətlərinə malik deyillər. Boşluqlar və çatlarlara mail qalan təbii daş da, öz istismar keyfiyyətlərinə görə süni daş ilə müqayisə oluna bilməz.

Narinci Mebel Sizin həyat tərzini yaxşılaşdırmaq imkanı təklif edir. Əgər biz Sizin evin tam interyerini çalışacaqsa, Sizin vaxtınıza və pulunuza qənaət edəcəyik.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment