Müsahibə - Yusif Ağayev - Biznes portal Finance Time









   
1 USD 1.7000   1 EUR 1.9035   1 AED 0.4629   1 ARS 0.0284   1 AUD 1.1882   1 BRL 0.4200   1 BYN 0.8080   1 CAD 1.3007   1 CHF 1.7479   100 CLP 0.2275   1 CNY 0.2435   1 CZK 0.0748   1 DKK 0.2548   1 EGP 0.1060   1 GBP 2.2284   1 GEL 0.5936   1 HKD 0.2183   100 IDR 0.0122   1 ILS 0.4915   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5578   1 KGS 0.0243   100 KRW 0.1470   1 KWD 5.6030   1 KZT 0.0045   100 LBP 0.1128   1 MDL 0.0986   1 MXN 0.0904   1 MYR 0.4134   1 NOK 0.1931   1 NZD 1.1410   1 PLN 0.4466   1 RUB 0.0274   1 SAR 0.4530   1 SDR 2.3463   1 SEK 0.1824   1 SGD 1.2596   1 TJS 0.1753   1 TMT 0.4857   1 TRY 0.2858   1 TWD 0.0565   1 UAH 0.0714   100 UZS 0.0179   1 XAG 30.4661   1 XAU 2574.8115   1 XPD 3240.8884   1 XPT 1615.7480   1 ZAR 0.1214   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 














Müsahibə - Yusif Ağayev


“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi
Cənab Ağayev, son vaxtlar Azərbaycanın sığorta bazarında “AlfaSığorta” ASC-nin fəaliyyətinin fəallaşması hiss olunur, deyə bilərsinizmi, bu nə ilə bağlıdır?

Siz tamamilə haqlısınız. Bu ilin ilk ayları ərzində biz nəzərə çarpan sıçrayış etdik, bunu bizim maliyyə göstəricilərimiz də, şirkətin fəaliyyət sahəsinin genişlənməsi də, onun təşkilati strukturundakı dəyişikliklər də təsdiq edir.

Heç kimə sirr deyil ki, 2015-ci il bizim üçün asan olmadı, lakin biz özümüzdə güc tapıb müvəqqəti çətinlikləri aradan qaldıra bildik. Hal-hazırda maliyyə sektorunda çox da sadə olmayan vəziyyət sığorta bazarı iştirakçılarından yeni, kreativ qərarlar qəbul etməyi, müasir gerçəkliklərə cavab verən sığorta məhsulları işləyib hazırlamağı, müştərilərə xidmətdə innovasiyalı yanaşmalar tətbiq etməyi tələb edir.

Yuxarıda göstərilən amilləri nəzərə alan “AlfaSığorta” ASC-də ciddi yenidənqurma işləri aparılmış, bir neçə yeni bölmə yaradılmışdır, həmçinin, regional şəbəkə fəal surətdə genişlənir. Son bir neçə ay ərzində bizdə regional nümayəndəliklərin və satış ofislərinin sayı xeyli artmışdır.

Satış prosesinin optimallaşdırılması və müştərilərə xidmətin səviyyəsinin yüksəldilməsi üzrə ciddi addımlar atılır. Həyata keçirilən tədbirlər şirkətimizi birbaşa istehlakçıya yaxınlaşdırmağa, onu daha cəlbedici və müştəri-yönümlü etməyə hədəflənmişdir.

Sürətlə dəyişən müasir dünyada sığortaçılar çalışmalıdırlar ki, onlarla müştərilərin ünsiyyəti prosesi sonuncular üçün yalnız sığorta müqavilələrinin bağlanması mərhələsində deyil, həm də sığorta ödəmələri aldıqları zamanson dərəcə rahat olsun, bunlarla yanaşı, onlar maksimum  dərəcədə həm müştərinin vaxtına, həm də puluna qənaət etməyi öyrənməlidirlər.

Mətbuatda belə bir məlumat getmişdir ki, siz sığorta treninqləri həyata keçirirsiz. Bu barədə bir neçə kəlmə.

Bəli, bu belədir. Bu gün əhalinin iki devalvasiya dalğası ilə üz-üzə qaldığı şəraitdə çoxları əlavə əmək haqqına ehtiyac duymağa başlamışdır. Bunu nəzərə alaraq, “AlfaSığorta” ASC pulsuz olaraq sığorta işi üzrə treninqlər təşkil etmək qərarına gəldi.

Şirkətimizin bu prosesə cəlb olunan aparıcı mütəxəssisləri namizədlərə (seçilmişlər arasından) sığorta işinin əsaslarını tədris edəcək və ölkənin sığorta bazarında işin praktiki vərdişlərini öyrədəcəklər.

Həm də nəzərə almaq lazımdır ki, biz arzu edənlər üçün heç bir məhdudiyyət qoymuruq, yaşından, cinsi mənsubiyyətindən, peşə bacarıqlarından və s. asılı olmayaraq hər kəs bu treninqlərdə iştirak edə bilər.

Nəticələr üzrə daha çox fərqlənənlərə sonradan işə düzəlmək imkanı veriləcəkdir. Bu tədris tədbirləri həyata keçirməklə, biz həm sosial xarakterli, yəni əhalinin ehtiyacı olan təbəqəsinə əlavə əmək haqqı əldə etmək imkanı verilməsi, həm də maarifləndirmə məqsədləri güdürük, belə ki, ölkəmizdə sığorta savadının qənaətbəxş olmadığı heç kimə sirr deyil.

Bu tədbir bizim korporativ sosial məsuliyyət proqramının həyata keçirilməsi planlarına uyğundur.

Zəhmət olmasa deyin, Siz yeni sığorta məhsulları tətbiq etməyi planlaşdırırsınızmı?

Sözsüz, mən Sizə daha bir söz deyim, onlardan bəziləri işin final mərhələsindədir və artıq yaxın vaxtlarda geniş müştəri auditoriyasına təqdim olunacaq.

Qabaqcadan bütün sirləri açmaq istəmirəm, amma bir şeyi deyə bilərəm – onlar müasir gerçəkliklər nəzərə alınmaqla işlənib hazırlanmış və sığorta bazarının bugünkü tələbatlarına uyuğunlaşmışdır. “AlfaSığorta” ASC sığorta şirkəti həmişə zamanla ayaqlaşacaq və öz müştərilərini ən zəruri və innovasiyalı sığorta məhsulları ilə təmin edəcəkdir.




08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment