Müsahibə - Müseyib Əliyev - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Müseyib Əliyev


"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədri,
iqtisad üzrə fəlsəfə doktoru
Müseyib Əliyev: “İnsanın həyatdakı ən böyük qazancı əldə etdiyi uğurları qoruyub saxlaya bilməsidir”

Müseyib müəllim, sizcə, insanın həyatdakı ən böyük qazancı nədir?

Bu sual üzərində dayanmaq və konkret mövqe seçmək çox çətindir: ailə, karyera, uşaqlar, yaradıcılıq və s.

Amma mənim fikrimcə, insanın həyatdakı ən böyük qazancı bütün bunları və əldə etdiyi uğurları qoruyub saxlaya bilməsidir. Ancaq bundan sonra cəsarətlə o insanın həyatının ən qiymətli qazancına sahib olduğunu demək olar.

Maraqlı yanaşmadır, bəs buna necə nail olmaq olar?

Fikrimcə, öz işini bilən və məsuliyyətini dərk edən insanlar buna müəyyən mənada daha tez nail ola bilirlər. Bəzən öz işinin peşəkarı olmaq bəs etmir, insanın öz işini sevməsi və cəmiyyətə, başqalarının həyatına necə təsir etdiyini dərk etməsi də çox vacibdir.

“AtaSığorta”nın 10 illiyinə həsr olunmuş reklam kampaniyasında peşəkarlardan istifadə etməsi də bununla əlaqədardır?

Elədir. Bir sığorta şirkəti olaraq inanırıq ki, bizim bütün fəaliyyətimiz ümumi və əsas bir məqsədə cəmiyyətin rifahınin yüksəlməsinə istiqamətlənməlidir.

Hər bir insan tərəfindən ayrılıqda yaradılmış dəyər cəmiyyətin ümumilikdə yaratdığı dəyərlər toplusuna əlavə olunur. Beləliklə, nə qədər çox insan öz işində peşəkardırsa, nəticə etibarilə cəmiyyətin qazandığı dəyərlər toplusu da bir o qədər geniş olur.

Buna görə də, 10 illik fəaliyyətimizə həsr olunmuş reklam kampaniyasının əsas mesajının seçilməsi üçün apardığımız uzunmüddətli daxili müzakirələrin sonunda qərara gəldik ki, şirkət olaraq mesajımızı bizim kimi düşünən insanlara çatdırmağın ən yaxşı yolu elə həmin insanlardan keçir.

Belə insanları tapmaq isə heç də çətin olmadı. Çünki əslində, belə insanlar düşündüyümüzdən dəfələrlə çoxdur.

Deyəsən, təbiətən nikbin insansınız...

(Gülür) Əlbəttə, sizə bu düşüncələrimin qəribə gəlməsini çox gözəl anlayıram. Amma bir şeyi də deyim ki, bu nikbinlik sözügedən reklam kampaniyasının gedişatı boyunca daha da gücləndi və möhkəmləndi.

Çünki bir daha əmin olduq ki, biz bu fikirlərimizdə tək deyilik və ətrafda bizim kimi düşünən minlərlə insanlar var. Hər bir yerdə bizimlə eyni cür düşünən insanları görürük və onların dəstəyini hiss edirik.

O insanlar ki, cəmiyyətə necə fayda verdiklərinin fərqindədirlər, öz işlərinin ustasıdırlar. Təsəvvür edin ki, cəmiyyətimizdə öz işini, sənətini sevən, ürəkdən bağlanan nə qədər insanlar var.

Bəs bu, “AtaSığorta” ASC-nin gələcək fəaliyyətinə necə təsir göstərəcək?

Gələcəkdən yox, daha çox indidən danışmaq və məhz bugün nələr etdiyimizə baxmağın tərəfdarıyam. Biz hamımız, cəmiyyət olaraq bu gün sabahımız üçün birlikdə çalışmalıyıq.

Cəmiyyət qarşısında duran vəzifələri və məsuliyyəti sözün əsl mənasında dərk edən bir şirkətin rəhbəri olaraq isə deyə bilərəm ki, “AtaSığorta” bu missiyanı zamanla daha dərindən dərk etdikcə, fəaliyyətini də daha çox bu istiqamətə yönəldəcək.






06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment