Müsahibə - Mehmet Ayan
1 USD 1.7000   1 EUR 1.9142   1 AED 0.4628   1 ARS 0.0401   1 AUD 1.1965   1 BRL 0.4525   1 BYN 0.8381   1 CAD 1.3025   1 CHF 1.7255   100 CLP 0.2497   1 CNY 0.2473   1 CZK 0.0748   1 DKK 0.2564   1 EGP 0.1023   1 GBP 2.1277   1 GEL 0.5981   1 HKD 0.2175   100 IDR 0.0122   1 ILS 0.4790   1 INR 0.0248   100 IRR 0.0040   100 JPY 1.5744   1 KGS 0.0243   100 KRW 0.1444   1 KWD 5.5849   1 KZT 0.0044   100 LBP 0.1122   1 MDL 0.0961   1 MXN 0.0896   1 MYR 0.4137   1 NOK 0.1991   1 NZD 1.1447   1 PLN 0.4492   1 RUB 0.0271   1 SAR 0.4532   1 SDR 2.3541   1 SEK 0.1818   1 SGD 1.2532   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.2974   1 TWD 0.0548   1 UAH 0.0658   100 UZS 0.0198   1 XAG 26.0885   1 XAU 2404.2930   1 XPD 2660.0920   1 XPT 1431.0770   1 ZAR 0.1223   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

Müsahibə - Mehmet Ayan


Qida məhsulları və içkilər üzrə menecer
"Green House"
Həftəmizin qəhrəmanı "Green House" restoranı.

Əgər siz yaxşı balıq restoranı axtarırsınızsa, onlardan biri - “Excelsior Hotel Baku”-nun yanında yerləşən balıq restoranı "Green House" adlı restorandır.

Dünya kulinariya təcrübəsində balıq və dəniz məhsulları artıq uzun müddətdir ki, lider mövqedədir, belə ki, hər bir insanın qida rasionunda zəruridir.

Təbii mənşəyi, hormonların və antibiotiklərin olmaması dəniz sakinlərinə layiqincə ən sağlam və ekoloji təmiz məhsul adını verir.


Orqanizmə göstərdikləri faydalı təsir, stress və depressiyalardan azad edən unikal qabiliyyəti isə elm tərəfindən sübuta yetirilmişdir. Məhz buna görə balıq yeməklərinə sevgi sağlam həyat tərzi ilə birgə təsəvvür edilir.

Oxucularımızı bu restoranla daha yaxından tanış etməkdə bizə qida məhsulları və içkilər üzrə menecer Mehmet Ayan yardım etdi.











O, restorandan söhbət açdı. “Green House” restoranı açıq havada, hovuz yanında çardağın kölgəsində yerləşir. Daxildən bu restoran rəngarəng bitkilərin və çiçəklərin əhatəsində olan həyətdir, çəlləklərdə həndəsi formada bitkilər əkilmişdir. Lakin təəssüf ki, restoran yalnız yay mövsümündə işləyir. Havalar sərinləşən kimi restoran “Excelsior Hotel Baku”-da Belveder restoranında fəaliyyətə başlayacaq. “Green House” restoranında 30-55 qonaq yerləşdirilə bilən 1 zal vardır. Restoran 2013-cü il avqustun 26-dan fəaliyyət göstərir.

Menyuda əsasən balıq və dəniz məhsullarıdır, ət və toyuqdan ayrı-ayrı yeməklər, həmçinin məşhur türk qəlyanaltıları vardır. Restoranın əsas menyusu hər həftə mövsüm və qonaqların zövqü nəzərə alınmaqla yenilənir. “Green House” restoranında təqdim edilən bütün dəniz məhsulları Türkiyədən idxal edilir. Onlar zərif və incə dadı ilə seçilir. Dəniz yeməklərinin və içkilərinin rəngarəngliyi ən səriştəli qurmanların belə zövqünü oxşayacaq. Həftə ərzində məhz hansı balıq növlərinin olması haqqında məlumat “Excelsior Hotel Baku”-nun facebook səhifəsinin (www.facebook.com/pages/Excelsior-Hotel-Baku) yerləşdirilir. Siz məhz bu səhifəyə daxil olmaqla, restoranın son yeniliklərini izləyə bilərsiniz.

Restoranın baş aşpazı yüksək dərəcəli aşpaz Ramal Həşimov ən adi məhsullardan unudulmaz yemək hazırlaya bilən əsl sehrbazdır. O artlq bu restoranda 3 ildir ki, çalışır. O, sizə 100% keyfiyyətli, ən başlıcası isə ləzzətlə hazırlanmış yeməyə zəmanət verəcək. Bir çox insanlar restorana sadəcə nahar və ya şam yeməyi üçün getmir. Ümumiyyətlə, yemək evdə də mümkündür. Şəhərin səs-küyündən dincəlmək, canlı musiqinin sehrli sədaları altında rahat ab-hava və dostlarla xoş ünsiyyət heç də hər kəsin mənzilində mümkün olan deyil. Prinsip etibarilə, həm də hər bir müəssisənin belə xidmət təqdim etməyə hazır olmadığı kimi. Restoranda hər gün gənc müğənninin ifasında canlı musiqi səslənir. Repertuara əsasən ingilis, türk və Azərbaycan dillərində mahnılar daxildir.

“Excelsior Hotel Baku” oteli daim öz qonaqlarının rahatlığının qayğısındadır. Və məhz buna görə də, o, qonaqlara oteldən şəhərə və əksinə transfer təklif edən xidməti işə salmışdır. Bunun üçün 17 yerlik “Mersedes”-sprinter markalı mikroavtobus alınmış və istismara verilmişdir. Şənbə və bazar günləri də daxil olmaqla, səhər 08. 30-dan başlayaraq, hər bir saatdan bir avtobus qonaqları oteldən Park-Bulvara aparır. Birinci tur hər bir saatdan bir Park Bulvardan otelə səhər 09. 00-dan başlayır. Bu xidmət pulsuz olub, qonaqların rahatlığı üçün nəzərdə tutulmuşdur. Oxucularımızı sevindirmək üçün isə sizə yeni məlumatı çatdırmağa tələsirik: "Green House" hər yeni müştəriyə 10% endirim təklifi ilə aksiya elan edir.

Sonda deyə bilərik ki, “Green House” restoranı ailəvi istirahət üçün ən yaxşı yerdir. Gözəl interyer, nəfis mətbəx və qüsursuz xidmət sizin istirahəti unudulmaz edəcək.





<< geri