Müsahibə - Cahangir Qənizadə - Biznes portal Finance Time









   
1 USD 1.7000   1 EUR 1.8816   1 AED 0.4628   1 ARS 0.0308   1 AUD 1.1481   1 BRL 0.4175   1 BYN 0.8304   1 CAD 1.2759   1 CHF 1.7256   100 CLP 0.2383   1 CNY 0.2397   1 CZK 0.0730   1 DKK 0.2524   1 EGP 0.1023   1 GBP 2.0788   1 GEL 0.5812   1 HKD 0.2168   100 IDR 0.0119   1 ILS 0.4833   1 INR 0.0237   100 IRR 0.0040   100 JPY 1.5948   1 KGS 0.0242   100 KRW 0.1402   1 KWD 5.5885   1 KZT 0.0044   100 LBP 0.1126   1 MDL 0.0952   1 MXN 0.0858   1 MYR 0.4057   1 NOK 0.1891   1 NZD 1.0857   1 PLN 0.4318   1 RUB 0.0259   1 SAR 0.4533   1 SDR 2.3292   1 SEK 0.1756   1 SGD 1.2253   1 TJS 0.1755   1 TMT 0.4857   1 TRY 0.2946   1 TWD 0.0542   1 UAH 0.0677   100 UZS 0.0181   1 XAG 28.8907   1 XAU 2541.4236   1 XPD 2522.8000   1 XPT 1460.0195   1 ZAR 0.1116   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 














Müsahibə - Cahangir Qənizadə


“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru
“AtaTexnologiya” yeni «HRM360» məhsulu təqdim etdi.

- Bu günlərdə Sizin şirkətin yeni məhsulunun təqdimatı keçirildi, bu barədə ətraflı danışmağınızı istərdik.
- Məlum olduğu kimi, noyabrın 11-də “AtaTexnologiya” şirkətinin «HRM360» adlı yeni proqram təminatının təqdimatı keçirildi.


Elə “Human Resource” adından da bu məhsulun məqsədli təyinatı aydın olur. Bu proqram təminatı  insan resursları sahəsində tətbiq edilmək və HR-menecerlər, personalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. «HRM360» kargüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir.

Belə ki, proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabatların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilik dəyişdiyi zaman proqrama da həmçinin, müvafiq dəyişikliklər edilir.

Proqramda tətbiq edilən yeniliklərdən biri SMS bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, məsələn, müqavilənin, məzuniyyətin, ad gününün və s.-in xatırlatma mexanizminin olmasıdır. Düşünürəm ki, bu rahatlığın təyinatı hamıya aydındır.

Yaradılmış interfeys çox rahatdır və hər səviyyəli istifadçi üçün uyğundur. Məhsul hazırlanarkən bizim tərəfdaşımız olan “Maykrosoft” proqramlaşdırılması qərarlarından istifadə edilmişdir.


- Nəyə görə məhz bu istiqamət seçilmişdir?


- “AtaTexnologiya” şirkəti uzun illərdir ki, mühasibatlığın, anbarın, satışların, logistikanın, istehsalın, insan resurslarının və s. avtomatlaşdırılması üzrə müxtəlif proqramların satışqabağı adaptasiyası ilə məşğul olur, iri təşkilat və müəssisələrdə bir sıra uğurlu layihələr həyata keçirmişdir. Həmçinin, iri istehsal və ticarət müəssisələrində “Netsis ERP” sisteminin tətbiqi ilə əlaqədar olan ciddi layihələr də gerçəkləşdirilmişdir.

Azərbaycan bazarında hərətərəfli və insan resursları üzrə milli qanunvericiliyə uyğun proqram təminatının olmaması məlum idi. Biz müxtəlif profilli müəssisələrdə 10 iilik proqramlaşdırma təcrübəsinə malik olan şirkət kimi, bu proqramı insan resursları və ya kadrlar şöbələrinin tələbatlarını nəzərə almaqla hazırlamışıq. Proqram fəaliyyətin bütün mümkün sahələrində istənilən kommersiya strukturunun HR-nın qarşılıqlı əlaqəsini təmin edir.


-  “HRM360” proqram təminatının əhəmiyyəti barədə nə deyə bilərsiniz və o, kimlər üçün nəzərdə tutulub?


-  İlk növbədə, “AtaTexnologiya” şirkətinin “HRM360” proqram təminatı insan resursları sahəsində işləyən mütəxəssislərə hesablanmışdır. HR menecer onun köməyilə nəinki əməkdaşların bütün şəxsi məlumatlarını, o cümlədən hətta qan qrupu daxil olmaqla həm də bütün xidməti qərarları – təyinatları, töhmətləri, əmrləri, işlənmiş saatları, gəlişləri, ezamiyyətləri, xəstəlikləri və s. nəzərə almaqla  elektron kartoteka tərtib edir.

Bu zaman onun çap edilməsinin mümkünlüyü də nəzərə alınmışdır. “HRM360” proqramının digər mühüm aspekti əmək haqqına ayırmaların uçotunun aparılması imkanıdır.

Bundan əlavə, əməkdaşların öz məlumatlarına çıxış imkanları vardır. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir, bürokratik prosedurlar istisna edilir və HR menecerin vaxtına qənaət edilir.


- Məhsulun tətbiqinin perspektivləri barədə nə deyə bilərsiniz?


- Zənnimizcə, «HRM360»-ın həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır. İndi o Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Lakin proqram təminatı işlənib hazırlanarkən, onun əsasına digər dillərdən də istifadə imkanı qoyulmuşdur.

Bu, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. Proqramın rəqabətqabiliyyətliliyini onda olan işə qəbul üzrə CV modulunun olması təmin edir. Bu, namizədlərin seçilməsi işini xeyli asanlaşdırır.

Vakansiya şablonları iddiaçılar tərəfindən doldurulduqdan sonra proqram tərəfindən təhlil edilir, axtarış rəhbərliyin qeyd etdiyi meyarlara əsasən həyata keçirilir. Seçimdən sonra müsbət nəticə əldə edilərsə, namizədin məlumatları avtomatik olaraq işçinin şəxsi kartoçkasına keçir.

Bu halda həmçinin, proseslərin avtomatlaşdırılması, vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilir.






12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment