|
|
|
Bank müdirləri - AGBank |
 |

Müşahidə şurası
Əsədullayev Çingiz Rauf oğlu
Müşahidə Şurasının Sədri
25 avqust 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, “Maliyyə və kredit” fakültəsində almışdır. İqtisadçıdır.
1981-ci ildə Dövlət Bankında iqtisadçı vəzifəsində işləməyə başlamışdır.
1981-1983 illəri arasında Sovet Ordusu sıralarında hərbi xidmətini tamamlamışdır.
Ordudan tərxis olunduqdan sonra, 1983-cü ildə Dövlət Bankındakı işinə qayıdaraq, Kənd təsərrüfatının kreditləşməsi idarəsində işləməyə başlamışdır. 1984-cü ildə həmin idarədə aparıcı iqtisadçı vəzifəsində işləmişdir.
1986-cı ildə APK-nin Sənayenin kreditləşdirilməsi idarəsində aparıcı iqtisadçı və həmin il Azərbaycan SSRİ-nin Dövlət Aqrar Sənayesində iqtisadçı işləmişdir.
1987-1989-cu illərdə Azərittifaqda işləyən cənab Əsədullayev, əvvəl Plan-iqtisad idarəsində rəis müavini, sonra isə Maliyyə-iqtisad idarəsində rəis müavini vəzifələrində çalışmışdır. Bu idarənin baş iqtisadçısı olmuşdur.
1990-cı ildə Bakı Şəhər İstehlak Cəmiyyətinin Plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Həmin il Sovet-Alman MM “Nefteko”-nun icraçı direktoru olmuşdur.
Bir il sonra “Turan” SC-nin vitse-prezidenti təyin olunan cənab Əsədulayev, 1992-ci ildə “Azəriqazbank” ASC-nin İdarə Heyətinin sədri, 1997-ci ildə isə bankın Müşahidə Şurasının sədri olmuşdur.
2005-ci ildən Milli Məclisin deputatıdır.
Evlidir, 4 oğlu var.
Yusifov Fərzulla İsmayıl oğlu
Müşahidə Şurasının üzvü 24 oktyabr 1961-cı ildə anadan olmuşdur.
1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisadiyyat fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1984-cü ildə, 1 saylı Orenburq Çörək Kombinatında mühasib vəzifəsində başlamışdır.
1987-ci ildə Petrov adına Neft Maşınqayırma zavodunda aparıcı mühasib; 1988-də isə Elmi Tədqiqat Institutunda baş mühasib kimi çalışmışdır.
Bir il sonra, 1989-cu ildə “SARFA” Xarici İqtisadiyyat Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
1994-cü ildə “Debüt” SKB-nin prezidenti, 2000-ci ildə isə “Deltatransgroup” MMC-nin prezidenti vəzifələrində çalışmışdır.
Fransev Mixail Yuryeviç
Müşahidə Şurasının üzvü 19 aprel 1967-ci ildə anadan olmuşdur.
Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, “Maliyyə və kredit” fakültəsində alaraq, 1992-ci ildə buradan məzun olmuşdur.
1991-1993-cü illərdə “Damla” kiçik müəssisəsində əmtəəşünas işləməyə başlamışdır.
1993-1996-cı illər arasında InpatBank İnvestisiya-kommersiya bankında baş diler işləyən cənab Frantsev, 1996-cı ildə “Azəriqazbank” ASC-nin Marketinq, investisiya və qiymətli kağızlar departamentində işə başlamışdır.
2005-ci ildə İnzibati departamentin aparıcı mütəxəssisi, ardınca da Müşahidə şurasının üzvü təyin olunmuşdur.
Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi
Frenk Mosyer
“Kazimir İnvestments I Limited” şirkətinin nümayəndəsi
Audit komitəsi
Baxışov Fikrət Fərman oğlu
Audit Komitəsinin Sədri 19 oktyabr 1965-ci ildə anadan olmuşdur.
Ali təhsilini Bakı Dövlət Universitetində, Tətbiqi riyaziyyat fakültəsində alaraq, 1990-cı ildə buradan məzun olmuşdur.
1990-1991-ci illərdə Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində çalışmağa başlamışdır.
1991-1994-cü illərdə ”İNPATBANK” İKB proqramçı, proqramlaşdırma üzrə aparıcı mütəxəssis, baş mühasib müavini, baş mühasib işləmişdir.
1994-2000-ci illərdə ”ELİNBANK” İKB şirkətində baş mühasib işləmişdir.
2000-2001-ci illərdə "KoçBank Azərbaycan" baş mühasibin müavini işləmişdir.
2001-ci ildə “Azəriqazbank” ASC-də Daxili audit departamentinin direktoru, Audit Komitəsinin sədri təyin olunmuşdur.
Məmmədov Azər Vəli oğlu
Audit Komitəsinin üzvü 18 noyabr 1967-ci ildə anadan olmuşdur.
Ali təhsilini Azərbaycan Dövlət Politexnik İnstitutunda Avtomatik idarəetmə sistemləri fakültəsində alaraq,
1991-ci ildə buradan məzun olmuşdur.
1991-1992-ci illərdə “Pat” Elmi-Sənəyə birliyində, Azərbaycan Valyuta Birjasında broker vəzifəsində başlamışdır çalışmışdır.
1992-1996-cı illərdə ”İNPATBANK” İKB Beynəlxalq əlaqələr üzrə departamentdə diler, departament müdiri, İdarə Heyətinin sədri kimi çalışmışdır.
1997-2000-ci illərdə “Azeksim” Korporasiyasında maliyyə direktoru işləmişdir.
2000-2003-cü illərdə “Milio Commodity Services Limited” şirkətinin Azərbaycan ofisində biznesin inkişafı üzrə meneceri işləmişdir.
2003- bu günə kimi “Azərboru” ASC kommersiya direktoru təyin olunur.
Çoxlayev Asif Ramazan oğlu
Audit Komitəsinin üzvü
31 OKTYABR 1985-ci ildə anadan olub.
2006ci ildə Baki Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
05.09.2007-01.31.2008 Zaqatala Rayon Məhkəməsində işləməyə başlayıb.
01.01.2008-11.01.2010 Zaqatala Rayon Məhkəməsində məsləhətçi (iclas katibi) kimi
çalışıb.
01.02.2010- 05.01.2011 “AGBANK” ASC- nin Müşahidə Şurası Sədrinin Hüquq məsələləri üzrə köməkçisi vəzifəsində çalışmağa başlayıb.
05.01.2011-ci ildən isə "AGBank" ASC-də, Audit Komitəsinin üzvüdür
İdarə heyəti
Mövsümov Azər Fazil oğlu
İdarə heyətinin sədri
12 Fevral 1970-ci ildə Bakıda anadan olmuşdur.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat uçotu” fakültəsini bitirmişdir. İqtisadçıdır.
1988-ci ildə SSRİ Sənaye-tikinti bankının Nərimanov şöbəsində iqtisadçı işləmiş, 1990-cı ildə baş mühasib vəzifəsinə təyin olunmuşdur.
1992-ci ildə Azərbaycan Beynəlxalq Bankında mühasib və uçot və statistika üzrə aparıcı mütəxəssis vəzifələrində işləmişdir.
1992-ci ildə “Azəriqazbank” ASC-də baş mühasib işləməyə başlamışdır.
1995-ci ildə “Azəriqazbank” ASC-nin İdarə heyəti sədrinin müavini vəzifəsinə gətirilmiş, 1997-ci ildə isə İdarə heyətinin sədri olmuşdur.
Evlidir, 2 qızı, bir oğlu var.
Əlizadə Tokay Tahir oğlu
İdarə heyəti sədrinin müavini
14 Dekabr 1970-ci ildə Bakıda anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini, 1997-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunun Mühasibat uçotu fakültəsini bitirmişdir.
1992-ci ildən “Azəriqazbank” ASC-də mühasib vəzifəsində işə başlayıb. 1993-cü ildə valyuta əməliyyatları xidmətinin meneceri təyin olunumuşdur.
1997-ci ildə bankın İnkişaf departamentinin direktoru vəzifəsində çalışmışdır.
2000-ci ildə İdarə Heyəti sədrinin müavini və Ehtiyatların İdarə Edilməsi departamentinin direktoru kimi çalışıb.
cənab Əlizadə 2007-ci ildən İdarə Heyəti sədrinin birinci müavinidir.
Cəlilov Əfqan Süleyman oğlu
İdarə heyyəti sədrinin müavini
29 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olub.
1999-cu ildə bakalavr dərəcəsini alıb və həmin ildə magistraturaya daxil olub.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.
2001-2002-ci illərdə Azərbaycan Milli Ordusundan həqiqi hərbi xidmətdə olub.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının (həmin dövr Milli Bank) Bazar Əməliyyatları departamentində çalışıb.
2005-ci ilin iyulun 1-dən etibarən “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi vəzifəsində çalışıb.
1 oktyabr 2007-ci il tarixində “AGBank” ASC-də İnkişaf departamentinin direktoru vəzifəsinə təyin edilib.
8 aprel 2013-cü il tarixində “AGBank” ASC-də Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsinə təyin edilib.
Iyun 2013-cü il ACCA - Diploma in İnternational Financial Reporting (Sertificate number 1815095)
1 avqust 2013-cü il tarixində “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Xələfova Səkinə Rəşid qızı
Maliyyə nəzarəti departamentinin direktoru
19 Mart 1971-ci ildə anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Plan-iqtisad” fakültəsini bitirmişdir.
1988-ci ildən SSRİ Sənaye-tikinti bankının Nərimanov Şöbəsində əvvəl mühasib sonra isə baş mühasib vəzifələrində işləmişdir.
1989-cu ildə Əməliyyat şöbəsinin baş iqtisadçısı, 1992-ci ildə isə baş iqtisadçı təyin olunmuşdur.
1996-cı ildə “MostBank” KB-nin Müştəri xidmətləri departamentinin aparıcı mütəxəssisi qismində işə başlamışdır.
1997-ci ildə “Azəriqazbank” SİB-də baş mühasibin müavini və baş mühasib işləmişdir.
2001-ci ildən Maliyyə nəzarəti departamentinin direktorudur.
Musayev Elnur Əhməd oğlu
Risklər üzrə baş direktor
21 Avqust 1984-cü ildə anadan olmuşdur.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bitirmişdir.
2003-cü ildə “AGBank” SİB-də Əməliyyat departamentində mütəxəssis kimi işə başlamışdır.
2004-cü ilin sonunda təhsilini davam etdirmək üçün işdən ayrılıb, Türkiyənin İstanbul Universitetinə Maliyyə fakültəsində magistr dərəcəsini almışdır.
2007 ildə “AGBank” SİB-də Risklərin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis təyin olunmuşdur.
2009-cu ildə “AGBank” SİB-də Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.
|
|
|
|