Ekspertə Sual - Dr. Səidə Kərimova - Biznes portal Finance Time









   
1 USD 1.7000   1 EUR 1.9105   1 AED 0.4628   1 ARS 0.0406   1 AUD 1.2132   1 BRL 0.4328   1 BYN 0.8119   1 CAD 1.2724   1 CHF 1.6750   100 CLP 0.2567   1 CNY 0.2532   1 CZK 0.0744   1 DKK 0.2559   1 EGP 0.0989   1 GBP 2.2090   1 GEL 0.6306   1 HKD 0.2167   100 IDR 0.0121   1 ILS 0.4730   1 INR 0.0244   100 IRR 0.0040   100 JPY 1.5189   1 KGS 0.0238   100 KRW 0.1488   1 KWD 5.5892   1 KZT 0.0045   100 LBP 0.1127   1 MDL 0.0952   1 MXN 0.0905   1 MYR 0.4110   1 NOK 0.1999   1 NZD 1.1348   1 PLN 0.4466   1 RUB 0.0266   1 SAR 0.4533   1 SDR 2.3583   1 SEK 0.1827   1 SGD 1.2530   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.2915   1 TWD 0.0551   1 UAH 0.0633   100 UZS 0.0203   1 XAG 25.5949   1 XAU 2175.0481   1 XPD 2416.8730   1 XPT 1541.6790   1 ZAR 0.1206   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 














Ekspertə Sual


«Mərkəzi Gömrük Hospitalı», Fizioterapevt-reabilitoloq
Dr. Səidə Kərimova

Bel, boyun  ağrıları, bel əyrilliyi (skolioz), yırtıq və protrusiyaların əməliyyatsız müalicəsi.
(+994 12) 404 08 08
(+994 50) 988 70 77

Sizlərə bilik və bacarığına görə, xəstələrə qayğı ilə yanaşmasına, mehribanlığına görə pasiyentlər arasında böyük hörmət və rəğbət qazanmış fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimovanı təqdim edirik.

Dr.Səidə Kərimova pasiyentlərdə vertebroloji, nevroloji reabilitasiyanı, ortopedik  və neyrocərrahiyyə əməliyyatlardan sonra tibbi bərpa, ağrı sindromları, idman travmaları, pediatrik reabilitasiya və digər dayaq hərəkət, sinir, tənəffüs sisteminin xroniki və kəskin patologiyalarının muasir fizioterapevtik müalicəsini və reabilitasiyasını həyata keçirir.

Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Səidə Kərimova skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılmasını, normal duruşun bərpasını və yeni metodla müalicəsini həyata keçirir.
Qeyd edək ki, 2011-ci ildə Almaniyanın Hamburq şəhərində Eppendorf Universitetinin Klinikasında treninq keçmiş Dr.Səidə Kərimova əmək fəaliyyətinə 2009-2016-ci illərdə özəl tibb müəssisələrində fizioterapevt-reabilitoloq kimi  başlamış və 2016-cı ildən isə Mərkəzi Gömrük Hospitalında  fizioterapevt-reabilitoloq vəzifəsində çalışır.

 Dr.Səidə Kərimova 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, 2007-2008-ci illərdə Milli Oftalmologiya Mərkəzində internatura keçmişdir. 2012-2016-cı illərdə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda fizioterapiya və reabilitasiya üzrə rezidentura proqramını bitirmişdir.

Fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova da daim öz üzərində çalışır, tibb elminin yeniliklərini, müasir texnologiyaları, qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək xəstəliklərin müayinə və müalicəsində ən yeni üsullardan istifadə edir. Dünyanın bir sıra ölkələrində: Almaniya, İspaniya və Avstriyada təlimlər, seminarlarda iştirak edir.  Çox sevindirici haldır ki, Mərkəzi Gömrük Hospitalın Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində yeni müalicə metodlarının tətbiq edilməsi məqsədilə İspaniyanın Barcelona şəhərində Scoliosis Physical Therapy School-da “Skoliozun Schroth metodu ilə müalicəsi” mövzusunda iki mərhələli kursda müvəffəqiyyətlə iştirak edərək 2019-cu ilin fevral ayında beynəlxalq sertifikatla təltif olunub.

Bel, boyun  ağrıları, bel əyrilliyi (skolioz), yırtıq və protrusiyaların əməliyyatsız müalicəsi.

Dr.Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi:

(+994 12) 404 08 08
(+994 50) 988 70 77




_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Doktor, zəhmət olmazsa, qəbul gün və saatlarınızı qeyd edərdiniz
Rəmziyyə (11.04.2019)

Salam,

Iş günləri saat 09.00-16.00 kimi, şənbə günü  09.00-14.00 kimi

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _






26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi


18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri

20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment