Management of banks - Accessbank - Business portal Finance Time










   
1 USD 1.7000   1 EUR 1.8883   1 AED 0.4628   1 ARS 0.0283   1 AUD 1.1631   1 BRL 0.4060   1 BYN 0.8033   1 CAD 1.2894   1 CHF 1.7220   100 CLP 0.2170   1 CNY 0.2412   1 CZK 0.0739   1 DKK 0.2527   1 EGP 0.1052   1 GBP 2.2364   1 GEL 0.5752   1 HKD 0.2171   100 IDR 0.0121   1 ILS 0.4905   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5644   1 KGS 0.0234   100 KRW 0.1427   1 KWD 5.5977   1 KZT 0.0044   100 LBP 0.1125   1 MDL 0.0974   1 MXN 0.0878   1 MYR 0.4084   1 NOK 0.1861   1 NZD 1.1149   1 PLN 0.4416   1 RUB 0.0267   1 SAR 0.4533   1 SDR 2.3428   1 SEK 0.1791   1 SGD 1.2495   1 TJS 0.1756   1 TMT 0.4857   1 TRY 0.2957   1 TWD 0.0557   1 UAH 0.0714   100 UZS 0.0179   1 XAG 28.8395   1 XAU 2508.5286   1 XPD 3183.5476   1 XPT 1527.9940   1 ZAR 0.1161   
           
CBAR / Currencies designations

 

 

Dr. Saida Karimova

Physiotherapy and rehabilitation specialist
more details
 
Chimnaz Gasimova

HR Consultant, Coach, Trainer
ask a question
look at answers
 













Management of banks - Accessbank





Doktor ANDRYU POSPİLOVSKİ
Baş Menecer və İdarə Heyətinin Sədri

2006-cı ilin iyun ayından etibarən AccesBank-da Baş Menecer və İdarə Heyətinin Sədri vəzifələrini icra edir, AccessBank-ın gündəlik idarə edilməsinə görə məsuliyyət daşıyır. AccesBank-dan əvvəl doktor Pospilovski keçmiş Sovet İttifaqı respublikalarında kiçik, mikro və orta sahibkarlığın kreditləşməsi layihələrində çalışmış, eləcə də Asiya və Afrika ölkələrində risklərin idarə edilməsi; kredit məhsullarının inkişaf etdirilməsi, ərizələrə Baxış və Kredit Balının Verilməsi Sisteminin işlənib hazırlanması və marketinq sahələrində geniş təcrübə qazanmışdır. O, həmçinin Londonda İnkişaf edən Bazarlar üzrə Analitik vəzifəsində çalışmış, London Universitetində mühazirə oxumuş və orada da doktor dərəcəsi almışdır. Doktor Pospilovski həmçinin, AccessBank Tacikistan və DAWF-Azərbaycan Almaniya Biznes Assosiasiyasında Müşahidə Şurasının üzvüdür. Əslən İngiltərədən olan doktor Pospilovski, ingilis və rus dillərində sərbəst danışır.


Cənab RÜFƏT İSMAYILOV
İdarə Heyətinin Sədr müavini, İnfrastruktur üzrə Direktor

AccessBank-da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikromaliyyələşdirmə mütəxəssisi kimi başlamışdır. O vaxtdan etibarən o, Böyük Kredit Mütəxəssisi və Mərkəzi Filialın Meneceri vəzifəsinədək yüksəlmiş, 2005-ci ildə İnzibati Menecer vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin fevral ayından etibarən isə İdarə Heyəti üzvlüyünə qəbul olunmuşdur. İdarə Heyətinin üzvü qismində cənab İsmayılov bankda infrastruktur və təchizat məsələlərinə görə məsuliyyət daşıyır. O, magistr dərəcəsini Azərbaycan Dövlət iqtisad Universitetində almışdır. Cənab İsmayılov həmçinin, Azərbaycan Mikro-Maliyyə Assosiasıyasında (AMFA) Müşahidə Şurasının üzvüdür. Cənab İsmayılov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.


Cənab ŞAKİR RƏHİMOV
Biznes Bankçılıq üzrə Direktor

AccessBank-da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikromaliyyələşdirmə mütəxəssisi kimi başlamışdır. Daha sonra mikrokreditləşmə üzrə böyük kredit mütəxəssisi vəzifəsinə təyin olunmuş, 2004-cü ilin mart ayında yeni yaradılmış kiçik və orta biznes kreditləşməsi şöbəsinə keçirilmiş və artıq 2005-ci ilin dekabr ayında həmin şöbəyə rəhbərlik etmişdir. 2008-ci ilin aprel ayında o, Biznes Bankçılıq Departamentinin Rəhbəri vəzifəsinə təyin edilmiş və İdarə Heyəti üzvlüyünə qəbul olunmuşdur. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş və Maliyyə sahəsində Biznes Administrasiyası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Şakir Rəhimov azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.


Cənab ANAR HƏSƏNOV
Pərakəndə Bankçılıq və Əməliyyat Direktoru

AccessBank-da fəaliyyətini 2002-ci ilin sentyabr ayında mikromaliyyələşdirmə mütəxəssisi kimi başlamışdır. Böyük Kredit Mütəxəssisi vəzifəsinədək yüksəlmiş daha sonra yeni yaradılmış Kiçik və Orta Kredit Departamentinə keçirilmişdir. 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin Rəhbəri vəzifəsinə təyin olunmuş və bu vəzifədə AccessBank-in plastik kartlar, depozit məhsulları və istehlak kreditlərinin yaradılması və inkişaf etdirilməsində iştirak etmişdir . 2007-ci ilin sentyabr ayında cənab Həsənov Pərakəndə Bankçılıq və Əməliyyatlar üzrə direktor qismində İdarə Heyətinin üzvlüyünə qəbul olmuşdur. Cənab Həsənov, İstanbul Universitetində "Bank işi və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Anar Həsənov azərbaycanlıdır, Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir.


Cənab ELŞƏN HACIYEV
Maliyyə Direktoru

Cənab Hacıyev AccessBank-ın yarandığı gündən etibarən Maliyyə Direktoru və İdarə Heyətinin üzvüdür. AccessBank-da çalışmazdan əvvəl o, 6 il Bakı şəhərindəki HSBC Bankında Maliyyə Nəzarəti üzrə Rəhbər vəzifəsində, eləcə də Azərbaycan Sənaye-İnvestisiya Bankında və Moskva şəhərində “Menatep” Bankında çalışmışdır. O, Moskvada Yol Nəqliyyatı institutunda Yük Daşımaları üzrə magistr dərəcəsini və Maliyyə Xidmətləri İnstitutunda (keçmiş İxtisaslaşmış Bank Əməkdaşları İnstitutu, Böyük Britaniya) Maliyyə xidmətlərinin idarəedilməsi üzrə diplom almışdır. Cənab Hacıyev azərbaycanlıdır, Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilir.



     


20.06.2019
Takhmasib Dadashev
Writer, Associate Professor of the Moscow Institute of Physics and Technology (Russia), the author of over 40 research articles and six books on innovative technologies, facial recognition and programming.


10.09.2013
Mehmet Ayan
Food & Beverage Manager of "Green House"


20.02.2018
Diana Cazacu
Expert of consulting company "Advision Finance"

21.11.2016
Jahangir Ganizadeh
Director of the Project Division of "AtaTechnology"



24.09.2013
Damla Bayik
Sales & Marketing Director of "Aura Wellness Centre"



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment