1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbank Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıqda yeni uğurlara imza atır
15.07.2014

Baki, Finance Time. «Muğanbank» ASC 1992-ci ildə yaradılmış və artıq 22 ildir ki, geniş əhali kütləsinə, müəssisə və təşkilatlara bütün növ bank  xidmətləri göstərməklə ölkənin qabaqcıl maliyyə institutlarından birinə çevrilmişdir. Bank respublikamızın iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən  layihələrində fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir.

Muğanbank - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ildə Azərbaycandakı fəaliyyətinə dair hesabatlarına əsasən “Muğanbank” ASC AYİB-in Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür. AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə “Muğanbank” ASC AYİB tərəfindən mükafatla təltif olunmuşdur.

Ən son nailliyətlərdən biri kimi qeyd etmək istərdik ki, Baker & McKenzie, BCP Securities (USA) və BNP Paribas (UK) qurumlarının dəstəyi, təşkilatçılığı və iştirakı ilə Muğanbank ASC üçün Avrokommersiya qiymətli kağızları proqramı yaradılmış və həmin proqram çərçivəsində ilk notlar buraxılaraq beynəlxalq bazarda yerləşdirilmişdir. Notların emissiyasından əldə olunan pul vəsaitləri bankın ümumi inkişafı istiqamətində istifadə olunacaqdır. Xüsusilə vurğulamaq istərdik ki, Avrokommersiya qiymətli kağızları proqramı Azərbaycanda ilk dəfə Muğanbank tərəfindən beynəlxalq  bazara çıxarılmışdır.

Bankın 2014-cü ilin I rübünə olan maliyyə hesabatına əsasən Nizamnamə kapitalı 41.3 mln. manat, Məcmu kapital isə 51.6 mln. manat təşkil edir. Bu isə Mərkəzi Bank tərəfindən qarşıya qoyulan Nizamnamə kapitalının minimum həddinə çatmasının əsas göstəricisidir.

Qeyd edək ki, Muğanbank müştərilərinə daha keyfiyyəti xidmət göstərmək və regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaratmaq məqsədilə Respublikanın rayonlarında yeni filiallar açaraq xidmət şəbəkəsini genişləndirir.

Hal-hazırda Muğanbankın ölkə ərazisində 38 filialı və 7 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bankın həmçinin Moskva şəhərində də nümayəndəliyi fəaliyyət göstərir.

“Muğanbank” ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər  bankın məlumat mərkəzinə,  (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. 

Həmçinin, bankın rəsmi saytı –
www.muganbank.az və  Facebook səhifəlsini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış olmaq olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment