1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Dostlar Klubu”-nun yüzlərlə üzvü uduşlu lotereyada mükafatlandırılacaq
04.11.2013

Baki, Finance Time. “Bank of Baku” daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün “Dəyərli dostlara dəyərli hədiyyə” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir. Lotereyada qalib gələcək 717 müştəriyə toplam olaraq 80 000 manat məbləğində “Dostlar klubu” bonusu, 6,7 karat brilliant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə və 12500 manatlıq kupon hədiyyə olunacaq. Loterayada iştirak etmək üçün sadəcə “Dostlar klubu” üzvü olmaq və tiraja 3 iş günü qalmış tarixə qədər heç bir cari krediti üzrə gecikmədə olmaması yetərlidir.

Lotereya 2 tirajdan ibarətdir:

1-ci tiraj - 27 noyabr tarixində “Bank of Baku” ofisində keçiriləcək

2-ci tiraj – 14 dekabr tarixində, saat 20:00-da canlı yayımda ATV kanalında keçiriləcək.

Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 (altı) rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilir və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilir. Hər iki tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcəkdir.

Lotereya haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür - http://www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html

İlk tirajın qaliblərinin mükafatları - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində onların “Dostlar Klubu” kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq.

İkinci tirajın qaliblərinə mükafatlar - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində təqdim edilir.

“Dəyərli dostlara dəyərli hədiyyə” stimullaşdırıcı tirajlı lotereyanın siması xalq artisti Brilliant Dadaşova olacaq. Brilliant Dadaşova başlayan kampaniyanın promo aksiyalarında iştirak edəcək və “Dostlar klubu” üzvlərini lotereyaya  fəal şəkildə qoşulmağa səsləyəcək.

Daimi müştərisənsə, sən də klubun üzvü ol, lotereyada qalib olan 717 müştərimizdən biri ol! 

Hazırda “Bank of Baku”-nun 120.000-ə yaxın müştərisi “Dostlar Klubu”-nun üzvdür.“Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır. “Dostlar Klubu”  çərçivəsində müştərilərə 3 növ kart verilir: Gümüş, Qızıl və Brilliant kartlar. “Dostlar Klubu”-na üzv olan müştərilərə xüsusi bonuslar və təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar mobil danışıq dəqiqələri ilə əvəzlənə bilir, həmçinin kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönləndirilə bilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment