|
|
|
Valyuta birjası | | | Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları |
31.10.2013 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) oktyabrın 30-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7835 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 2.082.848 AZN məbləğində əqdlər qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7835 AZN olmuşdur.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 ABŞ dolları üçün 0,7835 AZN-ə bərabər olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, 2.655.000 ABŞ dolları, yaxud manat ekvivalenti ilə 2.082.848 AZN məbləğində əqdlər qeydə alınmışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,88 faiz, ABŞ dolları üzrə isə illik 11,13 faiz təşkil etmişdir.
Oktyabrın 30-da birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
|
|
|
|