1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank-da Qadınlar Günü möhtəşəm konsertlə qeyd edilib
12.03.2024

8 Mart - Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus şəkildə qeyd edilib. Bank artıq ənənə halını almış növbəti möhtəşəm musiqili axşama ev sahibliyi edib. Bankın Baş ofis binasının tədbir zalında tanınmış pianist İsfar Sarabski ilə ölkəmizi Avroviziya-2008 müsabiqəsində təmsil etmiş Elnur Hüseynovun “Ejazzkar” adlı konserti keçirilib. Onlar birlikdə unudulmaz ab-hava yaradaraq təkrarolunmaz performansları ilə qonaqları valeh ediblər. Konsertdə İsfarın solo ifası və onun müşahidəsi ilə Elnurun yerli və dünya musiqilərinə verdiyi yeni nəfəs gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, tədbir Yelo Bank və Cult Baku Club platformasının birgə təşkilatçılığı ilə keçirilib.

Yelo Bank korporativ mədəniyyətə hər zaman innovativ yanaşır. Baş ofisin 400 nəfərlik tədbir zalında bundan öncə də mötəbər tədbirlər təşkil edilib. Burada xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət ilk kamera orkestri 'Mezzo", əməkdar artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orkestri musiqili proqramla çıxış ediblər. Bu cür tədbirlərin keçirilməsi yerli və beynəlxalq mədəni irsin təbliğinə dəstək verir. Bank gələcəkdə də incəsənət tədbirlərinin keçirilməsinə sadiq qalacaq.

Yelo Bank-dan onlayn kredit əldə etmək istəyirsiniz?O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment