1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Qırmızı Ürəklər Fondunun dəstəyi ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi uğurla icra edilir
11.03.2024

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın dəstəyi, “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib.

Su İdman Sarayında baş tutan təlimdə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə yeni bacarıqlar öyrədilib. “DanceAbility” metodutəhlükəsiz və qərəzsiz mühit yaradaraq insanlara rəqs vasitəsilə öz emosiyalarını ifadə etmək bacarığı qazandırır. Həmçinin təlim əlilliyi olan və olmayan şəxslər arasında  empatiya əsaslı ünsiyyət yaradır. 8 aydır davam edən layihədən ümumilikdə 500-ə yaxın şəxs iştirak edib.

Kapital Bank-ın da Korporativ Sosial Məsuliyyət layihəri çərçivəsində dəstək olduğu layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılmasıdır. Layihə sağlamlıq imkanları məhdud olan uşaqları, qaziləri və ahıl şəxsləri əhatə edir. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment