1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank“Future Bank Hers” təcrübə proqramının bitməsini qeyd edir
07.03.2024

Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi, mikro, kiçik və orta biznesin (MKOB) dəstəyi sahəsində lider olan AccessBank, ölkədə xanımların maliyyə sahəsində fəaliyyətini dəstəkləmək məqsədi ilə təşkil edilən “Future Bank Hers” təcrübə proqramının bitməsini qeyd edir. 

Azərbaycanın bank sektorunda ilk dəfə yalnız xanımlar üçün təşkil edilən proqram, 6 dekabr 2023-cü ildə başlayıb və 6 mart 2024-cü ildə başa çatıb. 





Xanımların maliyyə sektorunda karyera qurmasını təşviq etmək, ölkənin iqtisadi inkişafında rolunu artırmaq vəmövqelərini möhkəmləndirmək məqsədi ilə keçirilən “Future Bank Hers” proqramına qatılmaq üçün 986 müraciət daxil olub, onlardan 360 xanım imtahandan keçərək 120-ə yaxın qrup işi və fərdi tapşırıq mərhələsində iştirak ediblər. Uğurlu nəticələrlə seçilən 20 nəfər seçiləndən sonra 13 xanım proqramı tamamlaya bildi. 

Təcrübəçi xanımlar AccessBank-ın Daxili Audit, Pərakəndə Bankçılıq, Marketinq, Ödəniş Kartları Biznesi, Hüquq və Komplayens, Risklərin İdarəedilməsi, Ödənişlər, Maliyyə, İT İnkişafı Departamentiləri, İnformasiya Təhlükəsizliyi departamentlərində uğurlu təcrübə keçdilər və gələcək karyera yolunda seçim etmək imkanı qazandılar. 

Yalnız xanımlar üçün təşkil edilən “Future Bank Hers” proqramında iştirak edən təcrübəçi xanımların bəzilərinə AccessBank-da işlə təmin olunmaq təklifləri də edilib. 

“Future Bank Hers” proqramının bağlanış mərasiminin məhz bu gün keçirilməsi təsadüfi deyil. Tədbirin 8 mart – Beynəlxalq qadınlar günüərəfəsində keçirilməsi fürsətindən istifadə edərək, hər birinizi təbrik edirəm, ümid edirəm ki, “Future Bank Hers” proqramı gələcək karyeranızı məhz bank sahəsində qurmaq planlarınıza əlavə təkan oldu. Sizi bizim sıralarımızda görməkdən məmnun olarıq”,- AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri mərasimdə çıxış edərək dedi. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment