1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


KOB klasterdə birləşməklə KOB-lar bir sıra vergi güzəştlərindən faydalana bilərlər
06.02.2024

KOB klaster yaratmaq istəyən kommersiya hüquqi şəxslər KOB klaster şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər. Qanunvericilikdə KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasteriniştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyənkommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada (info@smb.gov.az) müraciət edə bilər. 

Müraciət zamanı kommersiya hüquqi şəxs ərizə, eləcə də KOB klasteriniştirakçısı olmaq istəyən azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısını və onların KOB klasterinin fəaliyyətində iştirakı haqqında ərizələrini, KOB klasterin funksional xəritəsini, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surətini Agentliyə təqdim etməlidir. Ərizəni və digər sənədləri linkdən yükləmək olar: https://smb.gov.az/az/nav/kob-klaster

Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment