1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsinin yüksəkixtisaslı həkim sonoloqu Günay Əhmədova
18.01.2024

"Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsinin yüksəkixtisaslı həkim sonoloqu Günay Əhmədovanı təqdim edirik.

Dr. GÜNAY ƏHMƏDOVA pediartik ultrasəs müayinələri, periferik limfa düyünlərinin ultrasəs müayinəsini, oynaqların ultrasəs müayinəsini, rəngli doppler müayinələri, elastometriya-qaraciyərin FibroScan müayinəsini, qarın boşluğu orqanlarının: uroloji və ginekoloji orqanların müayinəsini, follikulometriya, erkən hamiləliyin təyini, hamiləliyin trimestrlərlə müayinəsini, prostat vəzinin transrektal görüntüləmələri, yumşaq toxumaların müayinəsini, toraks, timus müayinəsini, süd vəzinin ultrasəslə müayinəsi və mamoqrafiyası müayinəsi; invaziv üsulla süd vəzisindən və qalxanvarı vəzidən biopsiyanın alınmasını, plevral və periton boşluqlardan mayenin boşaldılmasını həyata keçirir.Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-ehmedova/#

Dr. Əhmədova 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almış, 2008-2009-cu illərdə A.Q.Abbasov adına Şəhər Onkoloji Dispanserində internatura keçmişdir. Əmək fəaliyyətinə 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi başlamışdır. Dr. Əhmədova daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullarından istifadə edir.

O, 2010-cu ildə Istanbul Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Bölümündə bütün orqanların ultrasonoqrafik dəyərləndirilməsi və GRİ SCALA rəngli doppleroqrafiyası kursunda, 2012-ci ildə Türk Radioloji Dərnəyinin süd vəzisi üzrə seminarında, 2013-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinin Radioloji AnaBilim Bölümündə pediatrik ultrasonoqrafik dəyərləndirmələr, Neyrosonoqrafiya, Artrosonoqrafiya, Yenidoğulmuşlarda pataloji dəyişikliklərin anomaliyaların diferensial dəyərləndirilməsi kursunda 6 ay müddətində iştirak etmişdir.

2013-2014-cü illərdə İUTF Radioloji Anabilim Dalında Damarların rəngli doppleroqrafiyası, Süd vəzilərinin USG-si və Mamoqrafiyası, Obsetrik USG, Hamilələrdə Doppleroqrafiya, Anorektal USG kursu, 2014-cü ildə İstanbul ALFA Radioloji Görüntüləmə Mərkəzində Praktik Seminar kursu /GRİ SCALA-Neyrosonoqrafiya, Ayrıntılı USG/, yumşaq toxumalar və endokrin və limfotik sistem üzrə USG kursu, 2015-ci ildə Ayrıntılı USG, Abdominal USG, Ginekoloji Xəstəliklər zamanı Diferensial USG praktik seminar kursu keçərək bilik və bacarıqlarını təkmilləşdirmişdir. 2018-ci ildə İstanbul şəhərində I və II trimestrdəki hamiləliklərdə rutin ayrıntılı USG obstrektik doppler, USG kursunda iştirak etmişdir.Dr.Günay Əhmədova 2021-ci ildə “Gömrük orqanlarında xidmətə görə" 3-cü dərəcəli döş nişanı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı və 2023-cü ildə Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.Dr. G.Əhmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment