1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması, tərkibi, səlahiyyətləri
17.01.2024

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması, tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiq edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması, tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiq edilib 

Qərarla təsdiq edilən Əsasnamə ilə Koordinasiya Qrupunun səlahiyyətləri, hüquqları, tərkibi və fəaliyyətinin təşkili əsasları müəyyən edilir. Əsasnaməyə görə Koordinasiya Qrupu mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, kiçik və orta biznes evlərində (bundan sonra - KOB evləri) Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən kollegial orqandır. Koordinasiya Qrupu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq KOB evlərində xidmətlər göstərən dövlət orqanlarının (qurumlarının) həmin xidmətlər üzrə cavabdeh olan struktur bölmələrinin rəhbər şəxslərindən təşkil edilir.

Qərarın qəbulu ilə KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin həyata keçirilməsi və KOB evlərində təmsil olunmuş dövlət orqanının (qurumunun) nümayəndəsinin hərəkət və ya hərəkətsizliyi barədə sahibkarlıq subyektlərindən daxil olmuş şikayətlərə Koordinasiya Qrupunun iclaslarında operativ qaydada baxılması təmin ediləcəkdir.

O cümlədən, Qərarın qəbulu ilə Koordinasiya Qrupunun fəaliyyəti çərçivəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün prioritet sahələrin və dəstək metodlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təkliflərin hazırlanması, bu sahədə dəstək tədbirlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi (xidmətlərin və ya xidmətin hər hansı prosedurunun sadələşdirilməsi və ya ləğvi) ilə əlaqədar müzakirələrin aparılması, bu istiqamətdə tövsiyələrin hazırlanması həyata keçiriləcəkdir.

https://nk.gov.az/en/senedler/qerarlar/azerbaycan-respublikasinin-kicik-ve-orta-biznesin-7709


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment