1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Yüksəkixtisaslı həkim-kardioloq Nəsimi Cabbarov
17.01.2024

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə yüksəkixtisaslı həkim-kardioloq Nəsimi Cabbarovu təqdim edirik.

DR. NƏSİMİ CABBAROV Mərkəzi Gömrük Hospitalında anadangəlmə ürək qüsurlarının diaqnostika və müalicəsində yüksək peşəkarlıqla fəaliyyət göstərir. Eyni zamanda pediatrik invaziv proseduları- qapalı ürək əməliyyatları icra edir, Fetal Exokardioqrafiya, Transtorasik Doppler Exokardioqrafiya, Transezofaqial Exokardioqrafiya və pediatrik invaziv prosedurları həyata keçirir.Həkim barədə daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nesimi-cabbarov/.

Dr.Nəsimi Cabbarov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 6 saylı Klinik Uşaq Xəstəxanasında internatura təhsili almışdır. O, 2006-2011-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində revmokardioloq, pediatr kimi işləmiş, 2011-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Kocaeli Universiteti Uşaq kardiologiyası şöbəsində və Türkiyənin digər ürək damar mərkəzlərində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kurslarında iştirak etmişdir.

Nəsimi həkim 2015-2018-ci illərdə dövlət tibb müəssisəsində həkim-kardioloq kimi çalışmış və 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim kardioloq kimi fəaliyyət göstərir. Dr.Nəsimi Cabbarov daim öz üzərində çalışır, müntəzəm olaraq xarici ölkələrdə təşkil olunan beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir.

O, 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul Mehmet Akif Ersoy Göğüs və Kalp Damar cərrahiyyəsi Eğitim Araşdırma Xəstəxanasının uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə və 2015-ci ildə Acıbadem Universiteti Atakent xəstəxanasının Uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursları keçmişdir.

Nəsimi həkim 2018-ci və 2019-cu illərdə Türkiyənin İstanbul şəhərində keçirilən XVII və XVIII Beynəlxalq Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi konfransında iştirak etmişdir. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardiologiya Dərnəyinin, Türkiyə Pediatrik Kardioloji və Ürək Cərrahiyyəsi Dərnəyinin üzvüdür. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment