1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dr.Bəhruz Xalıqov
16.01.2024

Dr.Bəhruz Xalıqov “Uroloji travmalara klinik yanaşmalar” mövzusunda çıxış edəcək.

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov 19 yanvar 2024-cü il tarixində saat 15.00-da "Uroloji travmalara klinik yanaşmalar" mövzusunda çıxış edəcək. Tədbirdə Mərkəzi Gömrük Hospitalının uroloqları, təcili yardım həkimləri, urologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak edə bilərlər. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.

Qeyd edək ki, Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi başlamış və bir il müddətində həmin xəstəxanada uğurla fəaliyyət göstərmişdir. 

Bəhruz həkim 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında uzman uroloq, cərrah kimi fəaliyyət göstərir. O, 2018-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresində, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universiteti CASE robotik, laporaskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz modelində yüksək dərəcəli müasir laporaskopik böyrək cərrahiyyəsi kursunda iştirak edib.

Dr. Bəhruz Xalıqov Avropa Urologiya Assosiasiyasının, Türk Urologiya Assosiasiyasının, və Türk Uroloji Cərrahiyyə Assosiasiyasının, Türk Uroloji Assosiasiyasının üzvüdür

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment