1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
15.01.2024

12 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 2023-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin inzabati heyəti, Mərkəzi Gömrük Hospitalının şöbə rəisləri, həkimləri və digər tibb personalı iştirak ediblər.  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlamətdar olduğunu bildirib. İdarə rəisi Ceyhun Məmmədov 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq səviyyəli elmi tədbirlərin işini, Mərkəzi Gömrük Hospitalının yüksək səviyyədə tibbi xidmət göstərməsini və fəaliyyətini yüksək qiymətləndirib.  

Mərkəzi Gömrük Hospitalının baş həkimi- rəisi Bəxtiyar Musayev  2023-cü ilin yekunlarına dair dair çıxış edib. Baş həkim Bəxtiyar Musayev Mərkəzi Hospitalında müayinə-müalicə işlərinə nəzarət, onların təkmilləşdirilməsi, tibbi xidmətlərin çeşid və keyfiyyətinin daha da yaxşılaşdırılması, lazım olan ən müasir tibb avadanlıqların təchizatı, müxtəlif istiqamətlər üzrə klinik və fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi istiqamətində görülmüş fəaliyyət barədə ətraflı məlumat verib.  

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi mütəmadi olaraq istər gömrük əməkdaşları, istər də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşları arasında bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən elmi toplantılar, təlim və seminarlar, beynəlxalq təcrübənin öyrənilməsini təmin etmək məqsədilə tibb işçilərinin yerli və beynəlxalq tədbirlərdə iştirakı barədə məruzə edib. Dr.Rəşad Mahmudov qeyd edib ki, ETTM-nin birbaşa təşkilatçılığı ilə 2023-cü il ərzində  ümumilikdə 65 genişmiqyaslı tədbir- 33 təlim, 10 Elmi Konfrans, 7 seminar, 1 Forum, 9 tibbi sosial aksiya, 5 dəyirmi masa həyata keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım etik davranış kodeksi və digər intizam məsələləri ilə bağlı çıxış edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisinin müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov tədbir iştirakçılarının suallarını cavablandırıblar.

İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Mərkəzi Gömrük Hospitalının Alqı-Satqı şöbəsinin rəisi Akif Əsgərov, İnformasiya Texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov çıxış edərək müvafiq olaraq  öz  sahələri üzrə hesabatları təqdim ediblər. 

İclas zamanı   Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Dr.Mircəlal Kazımi, Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov, Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq  İlqar Tahiroğlu ilin yekunlarına dair fikirlərini bölüşüb və 2024-cü ilə dair təkliflərini səsləndiriblər.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment