1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank artıq Masallıda!
30.11.2023

Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir. Bu dəfə Bank Masallıda rəqəmsal konseptli yeni filialını yerli sakinlərə təqdim etdi. Bankın digər filialları kimi “Parlaq Bankçılıq” şüarına uyğunlaşdırılmış Masallı filialı da yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.

Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki, burada bank əməliyyatları xəzinə olmadan aparatlar vasitəsilə aparılır. Müştərilər nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər edə bilirlər. Yeni filial Masallı şəhəri, Heydər Əliyev prospekti 220 ünvanında yerləşir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov yeni filial ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, “Yelo-nun əsas missiyası Azərbaycanın hər bir guşəsinə parlaq bankçılıq təcrübəsini gətirməkdir. Biz Masallıdakı potensial sahibkarlığı dəstəkləmək məqsədilə onların ehtiyacına uyğunlaşdırılmış sürətli və səmərəli bank həlləri hazırlamışıq. Bu yeni filialımızla regionun böyüməsini dəstəkləmək, potensial biznes imkanlarını gücləndirmək və gündəlik bankçılığı hər kəs üçün daha sadə və əlçatan etməyi hədəfləmişik. Filialın rəqəmsal konseptli olmasının nağdsız ödənişlərin inkişafına təkan verəcəyinə də inanıram”.

Xatırladaq ki, bu il Yelo Bank Xaçmaz və Tovuz filiallarını da istifadəyə verib. Hazırda Yelo Bank-ın 19 filialı və bir özünəxidmət mərkəzi fəaliyyət göstərir. Bank ölkənin digər bölgələrində xidmət şəbəkəsini eyni konseptdə genişləndirməyə davam edəcək.

Aqro kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment