1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


KOBİA-nın dəstəyi ilə KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində
20.10.2023

KOBİA-nın dəstəyi ilə KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində 

“Rebuild Karabakh” sərgisində dövlət dəstəyi hesabına KOB-lar üçün ayrılmış xüsusi stenddə 14 sahibkarlıq subyektinin məhsul və xidmətləri təqdim olunur.  

Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Sərgisi (“Rebuild Karabakh”) öz işinə başlayıb.

Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi hesabına KOB-lar üçün ayrıca stend qurulub. 

Stenddə 14 KOB subyektinin kənd təsərrüfatı, sənaye, alternativ enerji, inşaat məhsulları, təmir, proqram təminatı, layihələndirmə və s. xidmətləri təqdim edilir. 

Həmçinin stenddə KOBİA-nın və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilir.

Qeyd edək ki, "Rebuild Karabakh" Sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” Sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”),15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) sərgiləri də keçirilir. Sərgilər oktyabrın 21-dək davam edəcəkdir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment