1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi
19.10.2023

Qırmızı Ürəklər Fondunun könüllüləri “Pəncəli Ürəklər” aksiyası çərçivəsində “Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını ziyarət edərək qida yardımı ediblər. 

Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə  evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır. Belə ki, fondun məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva, Xədicə Əliyeva “Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, “Azerbaijan British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin. 

Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir. Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və bu mövzuda töhfə vermək üçün müraciət ediblər.  

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment