Bakı, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 29 may tarixdə USD/AZN orta ölçülü məzənnə sihər ABŞ dollarına görə 0,7850 AZN təşkil edib.
BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollar görə 0,7850 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollar nisbətən 0,7850 AZN təşkil edib.
BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 1 013 682 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollar nisbətən 0,7850 AZN təşkil edib.
Beləliklə hər iki sessiyasinin nəticələrinə görə "Birja Elektron SistemindəTicarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 1 290 000 ABŞ dollar və ya 1 013 682 AZN təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.
AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,58%, ABŞ dolları üzrə isə illik 12,50% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.