1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank-ın növbəti rəqəmsal filialı Tovuzda!
18.07.2023

Yelo Bank filial şəbəkəsini genişləndirməyə və parlaq bankçılıq həllərini əlçatan etməyə davam edir. Bu dəfə Bank rəqəmsal konseptli daha bir filialını Tovuzda istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər. Bunlarla yanaşı, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər, pul köçürmələri də etmək mümkündür. Yeni filial Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşir.

Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: “Xidmət şəbəkəmizi xüsusilə regionlarda genişləndirməyimizin əsas məqsədi ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Bu baxımdan Tovuzda geniş əməkdaşlıq potensialı görürük. Burda da ənənəvi bankçılıq modelindən ayrılıb, müştərilərimizə daha sürətli və daha rahat xidmət göstərməyi hədəfləyirik. Gələcək planlarımıza regionlarda rəqəmsal konseptdə daha bir neçə filial açmaq daxildir. Bununla ölkəmizdə yerli sahibkarlığın, eləcə də nağdsız ödənişlərin inkişafına təkan verəcəyimizə inanıram”.

Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan və Qəbələ filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın 18 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.

Onlayn kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment