1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB mobile tətbiqində sığorta xidməti!
25.06.2023

ABB mobile-ın imkanları getdikcə genişlənir. Mobil tətbiqdə daha bir xidmət əlçatan olub. ABB mobil istifadəçiləri tətbiq vasitəsilə indi sığorta xidmətindən də yararlana bilərlər. Beləliklə, ABB özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim edən ilk Azərbaycan banklarından oldu. Bank bu imkanı “Atəşgah” sığorta şirkəti ilə inteqrasiya sayəsində yaradıb. 

İstifadəçilər ABB mobile üzərindən icbari, əmlak, tibbi sığorta, səfər sığortası xidmətlərini ala biləcəklər. İlkin mərhələdə tətbiqdə bu sığorta növlərindən hələlik səfər sığortası aktivdir. Yaxın zamanlarda isə digər sığorta xidmətlərindən də istifadə mümkün olacaq. 

Xatırladaq ki, bu günlərdə ABB mobile tətbiqində investisiya xidmətləri də təqdim olunub. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq “ABB-İnvest”-lə səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazana bilirlər. Bu cür inteqrasiya həlləri ilə ABB-nin mobil əlavəsi istifadəçilərin maliyyə ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İnvestisiya xidmətlərinin ardınca sığorta xidmətlərini də ABB mobile-də təqdim etməkdən məmnunuq. Hədəfimiz universal maliyyə qrupu kimi müştərilərimizin ehtiyac duyduqları bütün maliyyə xidmətlərini bir platformada toplamaq və ən yaxşı rəqəmsal təcrübə ilə onlara daha əlçatan etməkdir”.

ABB mobile tətbiqi ilə sığorta xidmətlərindən istifadə imkanları barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. Tətbiqi yükləyib onun üstünlüklərindən faydalana bilərsiniz. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment