1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanları Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcəkdir
25.06.2023

Mərkəzi Bank tərəfindən tədavülə buraxılan kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə Muzeyə təqdim edilmişdir.

Muzeyə təqdim edilmiş kolleksiyada Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları da Muzeydə sərgilənəcəkdir.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaqdır.

Təqdim edilən pul nişanları arasında ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.

Yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyi Muzey tərəfindən bildirilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment