1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky özünün uşaq onlayn təhlükəsizlik həlli olan “Kaspersky Safe Kids”-i yeniləyib
23.05.2023

Kaspersky özünün Kaspersky Safe Kids həllinin yenilənmiş versiyasını təqdim edib. Tətbiqin dizaynı və interfeysi yenilənib, həmçinin uşaq tərbiyəsi, tətbiqin asan quraşdırılması və valideynlər üçün digər faydalı məlumatlar olan videolar daxil edilib.

Tətbiqdə valideynlərin uşaqların rəqəmsal fəaliyyətini izləyə biləcəyi vahid panel yer alır ki, onun vasitəsilə uşağın təyin olunan gündəlik limitinin nə qədər hissəsini cihazda keçirdiyi, hər bir tətbiqdə nə qədər vaxt sərf etdiyini, həmçinin smartfon və ya kompüterdən istifadəsi zamanı yaranan müəyyən vaxt intervallarını görmək mümkündür. Bundan əlavə, artıq böyüklər bir kliklə uşağın cihazında bir neçə proqrama girişi uzaqdan bloklamaq imkanına malikdirlər. Amma belə olan halda, uşaq, məsələn, zəng etmək imkanına hələ də malik olacaq. Valideynin girişi məqbul hesab etdiyi proqramların siyahısını çevik şəkildə hazırlamaq olar. Kaspersky Safe Kids həm iOS, həm də Android üçün mövcuddur.

Tətbiqin uşaq versiyasının ekranı da yenilənib. İndi uşaq valideynlərin hansı qaydaları qoyduqlarını, o cümlədən təyin etdikləri ekran vaxtı məhdudiyyətlərini və qara siyahıya saldıqları saytları görə bilər.

“İndiki uşaqlar qadcetlərdə çox vaxt keçirirlər və texnologiya ilə tanışlıq çox vaxt məktəbə başlamazdan əvvəl baş verir. Bu baxımdan valideynlər sadəcə olaraq uşaqlarını internetdə keçirdikləri vaxt ərzində qorumalıdırlar. Bunu daha da rahat etmək üçün biz mobil qurğular üçün versiyanın təkmilləşdirilməsinə diqqət yetirərək tətbiq parametrlərimizin dizayn və funksiyalarını əhəmiyyətli dərəcədə yeniləmişik”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kaspersky Safe Kids-in yeni funkisyaları haqqında daha ətraflı məlumatı Kaspersky bloqunda görə bilərsiniz. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment