1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta “Arxayin sakin” - yeni sığorta məhsulunu SATIŞA ÇIXARIB!
07.09.2022

Daşınmaz əmlakımız qədər, daşınar əmlaklarımızın da həm maddi, həm də mənəvi dəyəri hər kəs üçün önəmlidir. Onlar bizim gündəlik yaşam ehtiyaclarımızı ödəməkdə bizə yardımçı olur, bir sözlə həyatımızı asanlaşdırırlar. Bu səbəbdən də bu əşyalarımıza zərər gəlməsini istəmərik. Eləcə də əşyalarımıza dəyən zərər büdcəmizə dəyəcək zərəri də özü ilə gətirər. Belə hallarda isə narahat olmağa əsas yoxdur , çünki maddi zərərinizi xəfiflədəcək “Arxayın sakin” köməyinizə çatacaq! Sözügedən “Arxayın sakin” “Atəşgah” Sığortanın yeni satışa çıxardığı elektronika, məişət texnikası və s. bu kimi daşınar əmlakını sığortalamaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulmuş sığorta məhsuludur. 

“Atəşgah” Sığortanın yeni təqdim etdiyi daşınar əmlakın sığortası ilə illik cəmi 50 AZN, 75 AZN, 100 AZN ödəməklə yaşayış evinizdəki əşyalar üçün 15 000 AZN-dək sığorta təminatı əldə edə bilərsiniz. Belə ki, 50 AZN sığorta haqqına 5 000 AZN, 75 AZN sığorta haqqına 10 000 AZN, 100 AZN sığorta haqqına isə 15 000 AZN sığorta təminatı təklif olunur.

Əldə edəcəyiniz məhsul daşınar əmlakınızı təbii fəlakətlər, yanğın, ildırım çaxması, partlayış, fırtına , tufan, qasırğa, dolu, sel (daşqın), torpaq sürüşməsi, zəlzələ, təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi (fiziki toxunması) nəticəsində yaranan zərərlərə qarşı sığortalayır.

Daşınar əmlak sığortası olan “Arxayın sakin” məhsulunu əldə etmək, həmçinin bu barədə ətraflı məlumat almaq üçün 940 – çağrı mərkəzi ilə əlaqə saxlaya və ya “Atəşgah” Sığortanın rəsmi sosial media hesablarına yazaraq müraciət edə bilərsiniz. 

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta korporativ və fərdi müştərilərinə icbari və könüllü sığorta növləri ilə xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment