Bakı, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 23 may tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,7850 AZN təşkil edib.
BEST sistemində keçirilən SƏHƏR SESSİYASININ açılış məzənnəsi hər ABŞ dollara görə 0,7851 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 1 570 000 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7850 AZN təşkil edib.
BEST-in GÜNDÜZ SESSİYASINDA USD/AZN T+0 aləti üzrə bağlanılan banklarаrası əqdlərin həcmi 598 146 AZN təşkil edib. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7850 AZN təşkil edib.
Beləliklə hər iki sessiyasinin nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət" ümumi həcmi USD/AZN aləti üzrə $ 2 761 000 ABŞ dolları və ya 2 168 146 AZN təşkil edib.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.
AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
EUR/USD_TOD, EUR/USD_TOM alətləri üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilib, amma əqdlər bağlanılmayıb.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,36%, ABŞ dolları üzrə isə illik 12,06% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.