1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir
14.01.2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirmişdir - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərmişdir. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və“Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşımışdır.

Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınmışdır.

Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşmüşdür.     

2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “FlyDubai”,“Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”,“S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olmuşdur. Onlar ümumilikdə 1,15 milyonsərnişinə xidmət göstərmişdir.

2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olmuşdur. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçmuşdur.

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmişdir.                                                                                            
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

2017-ci və 2018-ci illərdə hava limanı həmçinin ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment