1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib
04.12.2018

Baki, FinanceTime. 4 dekabrda Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası baş tutub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentlinin sədri Fuad Nağıyev turizmin inkişafında hotelçilik sənayesinin rolu, xidmət səviyyəsinin keyfiyyətinin artırılması və ixtisaslı kadrların hazırlanmasının vacibliyi, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, hotelçilik sahəsində mövsümiliyi aradan qaldırmaq, daha kiçik və ulduz sayı az olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün atılacaq addımlar barəsində danışıb. 

Azərbaycan Turizm Bürosunun baş icraçı direktroru Florian Zenqstşmid Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlardan biri olduğunu və assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi üçün birgə tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
 
Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam assosiasiyanın qeyri-hökumət təşkilatı kimi Azərbaycan hotellərinin maraqlarını təmsil və təşviq etdiyini bildirib. Eyni zamanda Azərbaycan Hotellər Assosiasiyasının təşkilati strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib. 

Tədbirdə Azə¬rbaycan Hotel Assosiasiyasının prezidenti Jiri Kobos, “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai də çıxış edərək beynəlxalq təcrübənin öyrənilməsi üçün  beynəlxalq təşkilatlara, xüsusilə də “Hotrec” təşkilatına üzv olma planlarından bəhs ediblər.

Tədbirin gedişatında üzvlük kateqoriyaları, eləcə də yeni milli ulduz təsnifat sistemi, assosiasiyaya üzvlüyün verdiyi üstünlüklər haqqında məlumat verilib. 

Qeyd edək ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları tətbiq olunmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyənləşəcəkdir.  

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment