1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“ADA” Universiteti Bakı Fond Birjasının “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur
03.12.2018

Baki, FinanceTime. Bakı Fond Birjası (BFB) ilə “ADA” Universiteti arasında Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı”(LMP) üzrə əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Sazişin məqsədi elm və təcrübə arasında əlaqələrin möhkəmlənməsi, qabaqcıl elmi biliklərin təcrübədə tətbiqi, kapital bazarları üzrə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına tövhə verməkdir.

Sazişə əsasən Azərbaycanda kapital bazarları üzrə insan resurslarının inkişaf etdirilməsi, o cümlədən proqrama müraciət etmiş şirkətlərə BFB-də listinqə daxil olmaları üçün təlim ehtiyaclarının ödənişsiz əsaslarla müəyyən edilməsi və təmin edilməsi, onların investisiya imkanlarının dəyərləndirilməsi istiqamətlərində ilə birgə əməkdaşlıq nəzərdə tutulur.Eyni zamanda, razılaşmaya əsasən Universitetin tələbələri üçün BFB-də təcrübə proqramları və karyera imkanları istiqamətləri inkişaf etdiriləcəkdir.

BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.

Proqram çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr, biznes idarəçiliyi üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LMP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

Listinq Məsləhət Proqramının xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.

“ADA” Universiteti Azərbaycanda beynəlxalq nüfuzlu təhsil ocağı olmaqla diplomatiya, ictimai və beynəlxalq münasibətlər, biznes, təhsilin idarəedilməsi, informasiya texnologiyaları və mühəndislik istiqamətlərində bakalavr və magistr proqramları tədris edir.

Universitetin Biznes Məktəbi və İxtisasartırma Proqramları regionda aparıcı yerləri tutmaqla, qlobal səviyyəli mütəxəsisislərin formalşmasında töhfə verməkdədir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment