1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb
03.12.2018

Baki, FinanceTime. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotellər Assosiasiyası arasında 30 noyabrda əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoranduma əsasən tərəflər hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsi, müştərək layihələrin hazırlanması, turizm statistikası və araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər. 

Razılaşmada Azərbaycanın cəlbedici və uğurla inkişaf edən turizm destinasiyasına çevrilməsində, milli turizm brendinin beynəlxalq marketinq və təşviqat kampaniyalarının aparılmasında tərəflərin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur. 

Azərbaycan Hotellər Assosiasiyası həmçinin hotelçilik üzrə mütəxəssislərə olan tələb və ehtiyacları araşdırmağı, orta və peşə təhsili səviyyəsində turizm üzrə təhsilin inkişafına töhfə verməyi öhdəsinə götürür. 

Müqavilədə Azərbaycan Hotellər Assosiasiyasının HOTREC (Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyası) təşkilatına və HOTREC təşkilatı yanında fəaliyyət göstərən Avropa hotel təsnifatı sistemi olan "Hotelstars Union"-a üzv olması, daha sonra milli hotel təsnifat sistemini formalaşdıraraq tətbiq etməsi məsələsi də qeyd olunur. Azərbaycan Turizm Bürosu isə ölkədə hotel təsnifat standartlarının beynəlxalq təcrübə əsasında inkişafında və tətbiqində Azərbaycan Hotellər Assosiasiyasını əsas tərəfdaşı kimi qəbul edir.  

Məlumat üçün bildirək ki, Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası 4 dekabrda təşkil olunacaq. Baş Assambleya ölkə üzrə  hotelçilik sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq bu sahədə mövcud potensialı inkişaf etdirmək və çatışmazlıqları aradan qaldırmaq üçün müzakirə platforması rolunu oynayacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment