1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək
03.12.2018

Baki, FinanceTime.  “Nar” 4-7 dekabr tarixlərində keçiriləcək 24-cü “BakuTel-2018” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də ənənəvi keçirilən sərgidə özünün ən son yeniliklərini nümayiş etdirəcək.

Dörd gün ərzində davam edəcək sərgidə “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi, istənilən məkanda və vaxtda smartfonlarda 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verən “Nar TV” tətbiqini, 4Gşəbəkəsinin əhatə etdiyi hər yerdə 30-dan artıq cihazı eyni anda internetə qoşa bilən naqilsiz “Nar Wi-Fi” ruterini təqdim edəcək. “Nar” stendinin ziyarətçiləri “Nar TV” tətbiqi və “Nar Wi-Fi” ruteri ilə əyani tanış olmaqla yanaşı, ilk dəfə sınaqdan da keçirə biləcəklər.

Sərgi iştirakçıları eyni zamanda ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu6 müxtəlif “Full” paketləri haqqında məlumatlar alacaq. Qonaqlar virtual reallıq oyunu vasitəsilə “Nar” 4G sürətini hiss edə biləcəklər.

Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi günlərdə “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

Mobil operator hər kəsi 4-7 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 24-cü beynəlxalq “BakuTel-2018” -Telekommunikasiya və informasiya texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment