Baki, FinanceTime. 27 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106018697ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən qiyməti intervalı 95.4653 AZN (10.8100%) və 100.2583 AZN (8.9000%) olan 10 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN(9.0000%), orta ölçülmüş qiyməti 100.0274 AZN (8.9893%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 834 800.00 AZN, yerləşdirilmiş həcmi isə 20 180 000,00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 23.11.2021-ci il.
Hərrac iştirakçıları 28 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.