|
|
|
Fond birjası | | | Bakı Fond Birjası tərəfindən ADA-da “MASTERCLASS” təlimi keçirilmişdir |
26.11.2018 | |
| |
Baki, FinanceTime. 21 Noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri ADA universitetində tələbələrə kapital bazarlarına dair təlim keçirmişdir.
Təlim ərzində BFB-nin peşəkar təlimçiləri iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət, post-ticarət əməliyyatları, listinq və listinq məsləhət proqramı barəsində nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.
Sual cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış və geniş müzakirələr aparılmışdır.
|
|
|
|