1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Jurnalistlər Azercell-in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər
16.11.2018

Baki, FinanceTime. Azərbaycanda KİV nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq əlaqələrin qurulmasına, həmçininingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə “Azercell Telekom” MMC-nin media nümayəndələri üçün təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcək jurnalistlər bəlli olub. Çap, online və elektron mediada çalışan 50 nəfər jurnalist kurslarda iştirak etmək imkanı qazanıb. Dərslər hər biri 10 nəfərdən ibarət 5 qrup olmaqla ixtisaslaşmış ingilis dili müəllimləri tərəfindən əyani şəkildə həftədə 2 dəfə keçiriləcək. 6 ay davam edəcək dərslərdə media nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılacaq. Qeyd edək ki, 80 nəfərdən çox media nümayəndəsinin kurslarda iştirak üçün müraciəti qeydə alındıqdan sonra, bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün müəllimlər tərəfindən seçimlər aparılıb.

Qeyd edək ki, Azercell 10 ildir ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək yüzlərlə KİV nümayəndəsi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Onu da vurğulamaq istərdik ki, fəaliyyətə başladığı gündən etibarən Azercell şirkəti media qurumlarının irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, jurnalistlərin peşəkar inkişafına yardım edən layihələri reallaşdırır. Həmçinin,bu sahədə baş verən yenilik və trendlərlə tanış etmək, fərqli təcrübələrlə bölüşmək, beynəlxalq jurnlalistika məktəbi ilə tanışlıq və təcrübə mübadiləsi məqsədilə şirkət tərəfindən xaricdən dəvət olunmuş tanınmış təlimçilərin maraqlı mövzularda seminar və təlimləri təşkil olunur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment